Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2015

Türkiyənin İŞİD-ə himayəsindən yeni faktlar!

Nur-az.com alalam.ir-a istinadən:
İraq Təhlükəsizlik Komitəsinin sabiq rəis müavini və hakim fraksiyasının üzvü cənab Müvəffəq əl-Rəbii bildirib ki, Türkiyənin terrorist qrupları himayəsində məqsədi öz daxilində neftin alverinə şərait yaratdığı qara bazarın təşkilidir. Bu bazarda terroristlər azad və arxayın surətdə Suriya və İraq neftinin bir barrelini dünya standartlarından çox ucuz, hətta xam neftin yarı qiymətinə alveri ilə məşğuldurlar. Odur ki, dünyanın hər yerindən axışan terrorist ünsürlərin İstanbulda İŞİD-in təşkilatçıları ilə görüş və danışıqlardan sonra bu ölkənin ərazilərindən Suriyanın əl-Riqqə və İraqın Mosul şəhərlərinə keçidinə rahat şərait yaradılır. Qabaqlar ay ərzində bu axının sayı yüz nəfəri əhatə edirdisə, hal-hazırda minləri keçir. Görünür, Türkiyə təhlükəsizlik orqanları bu məsələyə tamamilə göz yumurlar. Hələ bunlar azmış kimi, həmin azğın ünsürlərin yaralıları Türkiyənin bir sıra hospitallarında yerləşdirilir, müalicə olunurlar. Türkiyə gərək son vaxtlar terrorizmin hamilərinin başına gələnlərdən ibrət dərsi alsın...
Demək, heç də, ötən həftə Türkiyənin hava sərhədi pozuntusu adı ilə Rusiyanın İŞİD-in mövqelərinə zərbə endirən hərbi təyyarəsini vurmağını təsadüfi hadisə adlandırmaq olmaz.
570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18