Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2015

CNN General Qasim Süleymanidən yazdı

Nur-az.com shia-news.com-a istinadən:
CNN-in ötən həftə Rusiyanın Türkiyə tərəfindən vurulan hərbi təyyarəsi ilə əlaqədar yaydığı xəbərdə bildirilib ki, əgər sağ qalan pilotun İranın xüsusi təyinatlı qüvvələri vasitəsilə xilası ehtimalı doğru olduğu surətdə bu ölkənin hədsiz bacarıq və Suriya ərazilərinə strateji əhatəsini göstərir. Kanalın Pentaqon üzrə müxbiri Barbara Star əməliyyatda İranın və ya Hizbullahın rolu barədə İran informasiya vasitələrində yayılan xəbərlərə münasibət bildirərək qeyd edib ki, burada ən önəmli məsələ hadisənin İran Sepah Korpusunun ən nüfuzlu şəxsi general Qasim Süleymani tərəfindən alqışlanmasıdır. Hələlik onun hadisənin baş verdiyi məntəqədə olduğu haqda əlimizdə dəqiq məlumat yoxdur. Hər halda belə rütbəli rəsminin orada olması ehtimalı azdır. Bununla belə, son vaxtlar onun Suriyaya get-gəli tez-tez müşahidə olunur. Odur ki, Amerika regionda baş verənləri çox ehtiyatla izləyir və hadisədə, demək olar, Qasim Süleymaninin roluna tərəddüd etmirlər. Bu mövzu dəqiq aydın olduğu surətdə İranın Suriya daxilində olduqca böyük operativliyə malik olduğunu göstərəcək.
Həmçinin son günlərdə Rusiya ilə Fransa arasında İŞİD-in əməkdaşlığın mümkünlüyünü mümkünlüyünə dair xəbərlər səslənsə də, bu işdə tam razılıqlara qədər vaxt tələb edəcək. Hazırda iki tərəfin xarici və müdafiə nazirlikləri arasında ilkin siyasi anlaşma mübadilələri gedir və nəhayət, yekdil nəticəyə gəlmələri əhəmiyyət daşıyır.
Amma burada Rusiyanın S-400 zenit-raket kompleksinin tezliklə Suriyaya köçürülməsi faktı siyasi fəza ilə reallıq arasındakı fərqi göstərir. Pentaqon bu təchizatın regionda yerləşdirilməyindən bərk nigaranlıq keçirir. Qeyd edilən sistemlər tam fəaliyyətə başladığı surətdə, demək olar, Suriyanın əksər ərazilərinə nəzarəti ələ alacaq. İŞİD-in hərbi təyyarəsi olmadığını nəzərə alaraq Rusiyanın bu imkandan koalisiyanın qüvvələrinə qarşı istifadəsi daha qənaətbəxşdir, xüsusilə də, bu arada Türkiyənin əlindən yanıqlıdır.
549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:53