Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2015

Moskvada Ərdoğanı “dəfn etdilər”

Rusiyanın “Rodina” Partiyasının gənclər qanadının fəalları Türkiyənin Moskvadakı səfirliyinin qarşısında icazəsiz piket keçirib.
Gənclərin aksiyası orijinal və gözlənilməz olub.
Belə ki, 7-ci Rostov döngəsində qəfildən yük maşını dayanıb. Gənc fəallar maşının yük yerindən qırmızı rəngli tabut çıxarıblar. Tabutun içində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cəsədini simvolizə edən kukla olub.
“Biz Türkiyə hakimiyyətindən vurulan Su-24 təyyarəsinə görə cavab tələb edirik. Ona görə də biz yalançı Ərdoğanı dəfn edirik. Bununla da Rusiyada həmrəyliyin olduğunu göstəririk” – deyə aksiyanın təşkilatçılarından olan V.Laktyuşin bildirib.
510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber