Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Şəfa qaynağı olan bitki çayları

Bitki çaylarının insan orqanizminə faydası haqqında artıq uzun araşdırmalara ehtiyac yoxdur. Zaman-zaman hər kəs bitki çayları qəbul edir və onlardan faydalanmağa çalışır.

Havaların soyuq olduğu bir vaxtda immunitet sistemini gücləndirən, sizi artıq çəkidən qoruyan, eyni zamanda bəzi problemlərinizin aradan qalxmasına yardım edən bitki çayları haqqında faydalı məsləhətləri paylaşmaq istədik.

Alma çayı

Nəfəs darlığını aradan qaldırır. Ürək xəstəliklərində faydalı ola bilər.

Razyana çayı

Mədə və bağırsaq xəstəliklərinə yaxşı təsir edir.

Gicitkən çayı

Maddələr mübadiləsini sürətləndirir. Böyrək xəstəliklərinə çox faydalıdır.

Cökə çayı

Soyuqdəymə zamanı qəbul edilərsə, xəstəliyin tez aradan qalxmasına yardım edər. Çökə çayı öskürəyi də azaldır.

İtburnu çayı

Tərkibində yüksək miqdarda C vitamini olan itburnunun faydaları çoxdur. Qaraciyərin təmizlənməsi və qidalanmasında əvəzsiz olan bu bitkinin qəbulu zamanı orqanizm həm də vitaminlə zənginləşir. Qeyd edək ki, qədimdə indi “sarılıq” kimi tanıdığımız xəstəliyin müalicəsində də bu bitkidən istifadə olunurdu. Belə ki, onun alma ilə birlikdə hazırlanmış kompotunu gündə 4-5 lt. qəbul etdikdə bu xəstəliyin sağalmasına yardım edir.
İtburnunu qarğıdalı saçaqları ilə dəmlənib qəbul edildikdə böyrəklərə də faydalıdır. Amma xüsusi yuyucu olan itburnunun qəbulu zamanı diqqət etmək lazımdır və xüsusən 50 yaş üstündə olan insanlar bu bitki ilə bir qədər ehtiyatlı davranmalıdırlar.

Nanə çayı

Mədə bulanmasını aradan qaldırır. Bir stəkan nanə dəmləməsi, bir çay qaşığı bal və bir çay qaşığı limon suyu mədə bulanması və soyuqlaması zamanı qəbul edildikdə yaxşı təsir edir. Bu məhlul həm də qusmanın qarşısını alır.

Mixək çayı

Həzmə yaxşı təsir edir, diş ağrılarını yüngülləşdirir.

Adaçayı

Təbii antibiotik funksiyasını yerinə yetirir. Boğaz ağrılarına çox faydalıdır, eyni zamanda qadınlarda tez-tez rast gəlinən hormonal pozuntuların aradan qalxmasına yardım edir.

Yaşıl çay

Hər gün 3 stəkan içildiyi zaman çəkini azaldır. Amma yaşıl çayın ən böyük faydası orqanizmin toksinlərdən təmizlənməsində yardımçı olmasıdır.
1722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber