Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2015

Vladimir Putin: "Rusiyanın terrorçuluqla mübarizədə Türkiyə ilə problemi çoxdan mövcud idi"

Moskva.Fərid Əkbərov - APA "Rusiyanın terrorçuluqla mübarizədə Türkiyə ilə problemi çoxdan mövcud idi".

Bunu Rusiya prezidenti Vlaidmir Putin Parisdə BMT-nin iqlim dəyişikliyi konfransı çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin yekunlarına dair mətbuat konfransında bildirib.

Vladimir Putin problemin ekstremistlər tərəfindən döyüşən Rusiya vətəndaşları məsələsi ilə bağlı olduğunu bildirib: "Çoxdan yaranan problemlər vardı, hansı ki, türkiyəli tərəfdaşlarımızda dialoq əsasında həll etməyə cəhd edirdik. Misal üçün, biz çoxdan Rusiyanın ayrı-ayrı regionlarından Türkiyə ərazisinə keçən, o cümlədən Şimali Qafqazdan olan silahlılara diqqət yetirməyi xahiş etmişdik. Xahiş etmişdik ki, belə təcrübəyə son qoyulsun. Müəyyən edirik ki, onlar Türkiyə ərazisində yerləşirlər, regionlarda xüsusi xidmət orqanlarının və polislərin mühafizəsi altında yaşayırlar, daha sonra isə vizasız rejimdən istifadə edərək yenidən bizim onlarla mübarizəyə davam etdiyimiz ərazilərə doluşurlar. Biz bununla bağlı dəfələrlə xüsusi xidmət orqanları səviyyəsində, XİN səviyyəsində və ən yüksək siyasi səviyyədə məsələ qaldırmışıq. Təəssüflər olsun ki, narahatçılığımıza tərəfdaş reaksiyası görmədik"./apa/
714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP