Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2015

Suriyanın Homs şəhərində barışıq sazişi qüvvəyə minir

Dekabrın 1-də Suriyanın paytaxtı Dəməşqdən 185 km aralıda yerləşən Homs şəhərində lokal barışıq sazişinin qüvvəyə minməsi gözlənilir.

Bu barədə Homs vilayətinin qubernatoru Təlal Bərazi bildirib.

Onun sözlərinə görə, saziş şəhər ətrafındakı Əl-Vayer yaşayış məntəqəsindən 3 min silahlının çıxarılmasını nəzərdə tutur. Onlar 60 gün ərzində mərhələlərlə silahlı qruplaşmaların nəzarəti altında olan Xama və İdlibə göndəriləcəklər.

“Razılaşma həyata keçirilsə, Homs tamamilə silahlı qruplaşmalardan azad olacaq. Xatırladım ki, bundan əvvəl "Cəbhət ən-Nüsra" ekstremist təşkilatının təxribatları nəticəsində danışıqlar bur neçə dəfə pozulub”, deyə Təlal Bərazi vurğulayıb.

Qeyd olunur ki, lokal barışıq haqqında yeni razılaşma BMT-nin Dəməşqdəki nümayəndəliyi və müxalifət fəallarının vasitəçiliyi ilə əldə edilib.
736 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP