Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2015

Nardaranda yeni əməliyyat, yoxsa təhlükəsizlik tədbirləri?

Dekabrın 1-də səhər tezdən Nardaranla bağlı həyəcanlı xəbərlər yayılmağa başlayıb.

Musavat.com-un əməkdaşlarının verdiyi məlumata görə, bu gün səhər saatlarında daxili qoşunların maşınları, həmçinin hərbi maşınlar Nardaran-Maştağa istiqamətinə hərəkət edib. Maşın karvanında təcili tibbi yardım maşınlarının da olduğu bildirilir.

Hazırda Sabunçu körpüsündən Nardarana gedən yol tamamilə bağlanıb.

Kənd istiqamətində ancaq polis maşınları hərəkət edə bilir.

Qeyd edək ki, bu gün ölənlərin cənazəsi ailələrinə verilə bilər. Maşın karvanının da məhz Nardarana yollanmasının səbəbinin təhlükəsizlik tədbiri olduğu güman edilir.
528 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı