Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2015

Görünür, separatçı damğası vurulması üçün yeni etirazlara ehtiyacları yaranıb

Əgər məkrli siyasətçilər dünyanı sakit buraxsalar, balaca Yer kürəsində vahid dil, vahid din, ümumqəbuledilmiş universal dəyərlər çox sürətlə formalaşmağa gedəcək.

Dünyada vahid hökümət və vahid vətəndaşlıq olsa, Yer kürəsinin siması büs-bütün dəyişəcəkdir. İstəmirlər! Tək balaca Azərbaycanda bu istiqamətdə nə oyunlardan çıxmırlar? Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ölkədə "Talış" adının uşaqlara qoyulmasını qadağan edib (http://www.azadliq.org/c…/qadagan-olunan-adlar/27397993.html). Əslində Respublika üzrə bu adı daşıyan insanların sayı bəlkə də heç onca nəfəri ötməz. Bununla nə demək istəyirlər? Görünür, separatçı damğası vurulması üçün yeni etirazlara ehtiyacları yaranıb. Vəziyyətləri çox ağırdır. Qaşınmayan yerdən qan çıxartmaq istəyirlər ki, regionları bir-birinin üstünə qaldırsınlar və daha 25 il hakimiyyətlərini uzatsınlar.

Belə qadağa ilk növbədə insanları uşaqlarına qeyri-rəsmi də olsa həmin adın qoyulmasına sövq edəcək.
Sivil cəmiyyətlərdə qadağaların əsasında müəyyən kriyeriyalar durur. Əgər hansısa ad qadağan edilirsə, bunun üçün ilk növbədə qadağanı əsaslandıran meyarları ortaya qoymaq lazım idi. Nazirlər Kabineti yanında Terminologiya Komissiyası əgər bu adi həqiqəti dərk etmisrə, onda bu Komissiyada adları keçənlər ilk növbədə özlərinin ibtidai səviyyədə olduqlarını nümayiş etdirirlər.

Yeri gəlmişkən, 500 illik yaşa malik Niderland dövlətində uşaqlara qoymaq üçün qadağan edilən cəmi 65 söz var (http://www.vernoeming.nl/geweigerde-voornamen). Onların hamısı fərdi qaydada məhkəmə təcrübəsində müəyyən edilib. Hər birini əsaslandırmaq üçün məhkəmə geniş izahatla qərarlar yazıb. Bu zaman bir qayda olaraq "soyadı ad kimi qoymaq olmaz" prinsipi əsas götürülüb...

Ataxan Əbilov, hüquqşünas

647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber