Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2015

İsrail əsgər: “Öldürdüyüm fələstinlilər hər gün yuxuma gəir” - VİDEO

2007-ci ildən bu yana günahsız fələstinliləri qətl edən İsrail əsgərlərindən biri qondarma İsrail Dövlət Komitəsinin qarşısında etdiklərini etiraf edib.

“Gal Razon” kod adlı əsgər açıq şəkildə “mən qatiləm” deyib.

Qəzzəya qarşı 2007-ci ildən həyata keçirilən hücumlar nəticəsində minlərlə günahsız insan öldürülüb. Bu əməliyyatlarda iştirak edən İsrail əsgərlərindən bəziləri həyata keçirdiyi əməliyyatlardan sonra depressiyaya düşərək qatil olduqlarını etiraf ediblər. İsrail Dövlət Komitəsindən yaşadığı psixoloji problemlərlə əlaqədar dəstək istəyən “Gal Razon” öldürdüyü fələstinlilərin onun yuxularına girdiyini deyib.

İşğalçı İsrail ordusunun sıralarında xidmətə başlamadan əvvəl “Gal Razon” kod adı qəbul edən İsrail əsgərinin qan donduran etirafları “You Tube”da yerləşdirilib. “Gal Razon” videoda 40-dan çox günahsız fələstinlini öldürdüyünü etiraf edib. Onun öldürdüyü 40 fələstinli arasında 9 yaşlı uşaq da olub. 


1056 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber