Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2015

“Həzrət Abbas” məscidinin axundu Elman Ağazadə Bakıya gətirilib

Dünən Lənkəran şəhərində (Bakıdan 270 km cənubda) saxlanılmış “Həzrət Abbas” məscidinin axundu Elman Ağazadə Bakıya gətirilib.

Saxlanılan şəxsin tərəfdarlarının Turan-a verdiyi məlumata görə, onunla birlikdə həmin dini icmanı bir neçə üzvü də saxlanılıb.

İlkin məlumata görə, Ağazadə və digərləri “Müsəlman Birliyi” hərəkatının üzvləridir. Bu hərəkatın lideri Taleh Bağırzadə üç gün əvvəl Nardaranda saxlanılıb.

Ağazadəni həbs etmək üzrə ilk cəhd noyabrın 27-də olub, lakin yüzlərlə dindar icra hakimiyyəti binası qarşısında toplaşaraq liderlərinin azad edilməsini tələb etdikdən sonra onu azad ediblər.
1021 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...