Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2015

Hakimiyyət cəmiyyətdə xof yaratmaq istəyir

Baş verənlər hansı zərurərtdən doğur?

Son günlər ölkə gündəmi Nardaran hadisələri ilə çalxalanır. Kəndin blokadaya alınması, işığın, qazın, telefon xəttinin kəsilməsi, avtobusların fəaliyyətinin dondurulması, həlak olmuş Nardaran sakinlərinin cəsədinin verilməməsi və digər məqamlar ciddi müzakirə olunur. Biz öz tərəfimizdən baş verənlərə geniş yazılar həsr etmişik, müxtəlif aspektlərdən məsələyə aydınlıq gətirməyə çalışmışıq və rəsmi təbliğatın həqiqəti əks etdirmədiyini sübuta yetirmişik.

Amma Nardaran sakinlərinə bu qədər aqressiv münasibətin daha bir səbəbi var. Əslində, hökumət özünə təhlükə gördüyü adamları həbs etdikdən sonra Nardaran sakinlərini rahat buraxmalıydı. Deməli, missiya təkcə bnunla bitmir. Bəli, hökumət cəmiyyətdə ciddi qorxu, xof yaratmaq istəyir.

Bəs, belə bir qorxu ssenarisinin hazırlanması hansı zərurətdən doğur? Hakimiyyət qarşıdan gələn böhranı görür və ciddi etiraz dalğasının yaranacağının ayaq səslərini eşidir.

Statistik məlumatlar da təsdiqləyir ki, iqtisadiyyatın bütün sferalarında 50 faizə yaxın azalma müşahidə olunur. Bu isə ölkənin immunitetinin 50 faiz zəifləməsi deməkdir. Tendensiya isə daha qorxulu statistikanı diktə edir.
Azərbaycanda sahibkarlıq fəaliyyəti sürətlə məhdudlaşır. Iri ticarət mərkəzlərinin satıcıları ya icarə pulunu ödəməyə çalışır, ya da zərərlə işləyirlər. Dərnəgül bazarından tutmuş, “Binə” ticarət mərkəzinə qədər ən iri satış məkanlarında böhran hiss edilir. Və bu qədər böhranlı vəziyyətdə sahibkarlara heç bir güzəşt edilmir. Bu tendensiya isə sahibkar üsyanına aparır.
Tikinti sektorunda ciddi böhran yaranıb və əhaliyə verilən vədə əməl edilməyib. Yəni, tikinti şirkətlərinə pul ödəyib ev, obyekt gözləyən adamlar, nəticəni görmür. Son günlər tikinti şirkətlərinin qarşısında vətəndaşların aksiya keçirməsi də bu qığılcımın cücərtiləridir. Beləliklə, minlərlə insan ya pulunu, ya da evini tələb edir. Tikinti şirkətləri isə hər ikisini təhvil verməkdə aciz qalıb.
Özəl və dövlət müəssisələrində ciddi maaş böhranı yaradıb. Artıq bəzi müəssisələrin işçiləri maaş tələbi ilə aksiya keçirməyə başlayıblar.
Ölkədə 2.5 milyon insan kredit borcu ödəyir. Artıq ödənməyən kreditlərin həcmi 1 milyardı ötüb. Bu isə yüz minlərlə insanın məhkəmələrlə üz-üzə qalması deməkdir. Məhkəmələrin nəticəsi isə həbslərə, daşınan əmlakın müsadirə olunmasına, daşınmaz əmlaka həbs qoyulmasına xidmət edir. Deməli, kütləvi borclanma da son məqamda ciddi etiraz dalğasını yaradacaq.
Ölkədə iki yüz minə qədər tələbə var və bunların 60 faizi ödənişli əsaslarla təhsil alır. Azərbaycanda təhsil haqlarının yüksək olması heç kimə sirr deyil. Üstəlik, təhsil haqlarını ödəyə bilməyən minlərlə tələbə Universitetdən xaric olunur. Indiki şəraitdə isə təhsil haqlarının ödənişində ciddi problem yaranıb və tendensiya tələblərin ciddi narazılığını göstərir.
Azərbaycanda pensiya qanunvericiliyinə edilən dəyişiklik minlərlə DIN əməkdaşının istefa ərizəsinə səbəb olub. Xidmət müddətinin uzadılması rütbə daşıyanlarda ciddi narazılıq yaradıb və yeni dəyişiklik bu adamların təqaüd arzusunu uzaqlaşdırıb.
Bu siyahını uzatmaq da olar. Amma sadaladığımız məqamlar da kifayət edir ki, növbəti mərhələdə hakimiyyətə qarşı kütləvi etiraz dalğasının yaranma səbəbləri aydın olsun.

Demək istəyirik ki, Nardaranlılara qarşı bu qədər aqressiyanın kökündə həm də qorxu yaratmaq istəyi dayanır. Hakimiyyət qarşıda gözlənilən ciddi etiraz dalğasını belə “profilaktik” tədbirlərlə məhdudlaşdırmaq istəyir. Başqa kəndlərə, qəsəbələrə, rayonlara mesaj verilir ki, eyni aqibət sizi də gözləyə bilər. Eyni zamanda müxtəlif bölgələrin əhalisinə mesaj verilir ki, içinizdə hökumətə qarşı çıxan fərdləri zərərsizləşdirin. Əks halda bir adama görə hamınız əziyyət çəkə bilərsiniz.

Avtoritar rejimlər problemləri həmişə zorakılıqla həll etmək istəyib. Cəmiyyətə göstərmək istəyiblər ki, hakimiyyət dar macalda vətəndaşa istənilən pisliyi edə bilər.

Amma Azərbaycan hakimiyyətinin bu mesajları qüvvəsini itirib. Hakimiyyət ən güclü olduğu vaxtlarda belə ölkədə etirazçı qüvvələri sıradan çıxara bilməyib. Indi isə hakimiyyət həm beynəlxalq aləmdən təcrid olunub, həm də rejimi möhkəmləndirən iqtisadi faktorlar sıradan çıxır.

Tarix boyu millətinə zülm edən bütün avtoritarlar ən biabırçı sonluqla üz-üzə qalıblar.

Ona görə də hakimiyyətin Nardaranda göstərdiyi “nümunə” bumeranq effekti verəcək və nifrət hissi qorxuya qalib gələcək./azadlıq/
903 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı