Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2015

Gəncə sakini özünü körpüdən atıb

Gəncə şəhər sakini intihara cəhd edib. "Report"un məlumatına görə, 55 yaşlı İsfəndiyar Əliqulu oğlu Hüseynov özünü A.Abbaszadə küçəsində, Gəncə çayı üzərində yerləşən körpüdən atıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) və ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidmətinin (PPX) əməkdaşları İ.Hüseynovun özünü körpüdən atmasının qarşısını almaq üçün müdaxilə etmək istəyib. Lakin İ.Hüseynova mane olmaq mümkün olmayıb.
İri çay daşlarına çırpılaraq ağır xəsarət alan İ.Hüseynov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, yaralı çoxsaylı bədən xəsarətləri alıb və vəziyyəti ağırdır: "Ağır bədən xəsarətləri alan yaralı burun sümüyünün açıq qəlpəli sınığı, bədənin müxtəlif nahiyələrinin əzilmiş və çoxsaylı sınıq yaraları diaqnozu ilə Travmotologiya Şöbəsinə yerləşdirilib".
810 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber