Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2015

İŞİD indiyədək Suriyada neçə insanın canını alıb!

Nur-az.com shia-news.com-a istinadən:
İŞİD-in Suriyada “xilafət mərkəzi” adlandırdığı saxta təməlindən 17 ay keçməsinə baxmayaraq bu az müddətdə hədsiz azğınlıqlar, cinayətlər törədib. Suriya İnsan Hüquqları Komitəsinin verdiyi məlumata görə, onlar 17 ay ərzində adi əhali və dövlət məmur və hərbiçilərindən tutmuş ta özləri də, daxil olmaqla digər terrorist qruplaradək 3591 sayda fərdi edam edib. Onlar Dəməşq və Dəməşq ətrafı, Deyr əl-Zur, əl-Riqqə, əl-Həsəkə, Hələb, Hums və Huma vilayətlərində aralarında 77 uşaq və 103 qadından ibarət 1945 nəfəri qətlə yetiriblər. Bu terrorist ünsürlər üç dəfə kütləvi qırğın əməliyyatı törədiblər. Belə ki, Deyr əl-Zurun şərqində 930 nəfəri, Eyn əl-Ərəbdə 223 nəfəri və Səlimiyyə şəhərinin şərqində isə 46 nəfəri birgə qətliam ediblər. Onlar digər terrorist qruplarından 247 nəfəri və öz üzvlərindən də, cəsusluq və qaçma ittihamları ilə 415 nəfəri məhv ediblər. Onların təcavüz etdiyi ərazilərdə döyüşlər zamanı dövlət qoşunlarından 975 zabit və hərbiçi həlak olub.
958 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 1