Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2015

Leyla Yunusun vəziyyəti yenə pisləşib

Həbsdə olan Leyla Yunusun vəziyyəti son günlər pisləşməkdə davam edir. Diabet xəstəliyi onun gözlərində problem yaradıb. Belə ki, sol gözü tutqunlaşıb.

Məlumatlı mənbələrdən Turan-a məlum olub ki, hepatit C onun ciyərini dağıtmaqda davam edir. Bundan başqa demək olar ki, mədəsi çalışmır, güclü diareya başlayıb və bu səbəbdən qida qəbulu ilə bağlı ciddi problemləri var ( o, bir ildən çoxdur ki, isti yemək yemir). Nəticədə çox arıqlayıb (hazırda 40 kq.-dan bir az çoxdur), güclü başgicəllənməsi var.

Eyni zamanda məlum olub ki, Leyla Yunus öd kisəsi daşının çıxarılması ilə bağlı əməliyyat olunmalıdır, lakin bunu həbs şəraitində etmək mümkün deyil.

Son vaxtlar onun həyat yoldaşı Arif Yunusun da vəziyyəti pişləşib. O, ölkədən çıxmamaq haqda iltizam ilə azad edilib. A.Yunusda hipertoniyanın kəskinləşməsi müşahidə edilir, arterial təzyiq stabil deyil, bəzən 200/100-dən çox olur.

O, həyat yoldaşının durumunu çox ağır qarşılayır və vəziyyətinin pis olmasının əsas səbəbi budur. Onun ürəyinin funksiyası, ətraf orqanlarınını qanla təchizatı zəifləyib. Bu da ayaqlarının şişməsinə gətirib çıxarıb və çətinliklə yeriyir
805 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03