Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Sabah Milli Şuranın mitinqidi

Cəmil Həsənli xalqı mitinqə çağırdı; təşkilatçılara Bakı polisində xəbərdarlıq olundu
Sabah saat 14-dən 16-dək metronun “İnşaatçılar” stansiyasının yanındakı “Məhsul” stadionunda Milli Şuranın mitinqi keçiriləcək. Təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi razılıq verdiyi mitinqin yanacağın qiymətlərinin qaldırılmasına etiraz məqsədilə sosial tələblər və şüarlarla keçiriləcəyini bəyan ediblər.

Milli Şuraya daxil olan partiya və təşkilatlar mitinqə hazırlıq istiqamətində bir sıra toplantılar keçiriblər. Dünən saat 14.30-da Müsavat Partiyasının qərargahında Milli Şuranın dekabrın 15-nə təyin edilmiş mitinqi ilə bağlı toplantı keçirilib. Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının və başqan müavini Gülağa Aslanlının rəhbərliyi ilə keçirilən toplantıya rayon təşkilatlarının sədrləri qatılıb. Toplantıda mitinqə hazırlıqla bağlı iş bölgüsü aparılıb, etiraz aksiyasında səsləndiriləcək şüarlar müəyyənləşdirilib, mitinqin kütləviliyinin təmin olunması üçün tapşırıqlar verilib./musavat/
1681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi