Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2015

İstanbulda partlayış – Yaralılar var (VİDEO)

İstanbulun Bayrampaşa bölgəsində - metro stansiyasının yaxınlığındakı üst keçiddə partlayış olub.

Polislərin olduğu avtobus ərazidən keçərkən bomba işə salınıb.

Partlayış zamanı 6 nəfərin yaralandığı bildirilir. Bayrampaşa bələdiyyə sədri isə yaralıların 5 nəfər olduğunu bildirib. Ölənlərin olub-olmadığı barədə məlumat verilmir.

Ərazidə bütün yollar qapadılıb, metro bağlanıb. Polis, təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları hadisə yerinə cəlb olunub.

Şahidlər ərazidə təxminən 28 yaşlı, əynində boz gödəkçə, başında mavi papaq olan şübhəli şəxs görüblər. Polis axtarışları davam etdirir.



1078 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...