Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2015

Jirinovski yenə İstanbulu yox etmək sitəyir

Türkiyənin Bosfor boğazında bizim gəmilərin qarşısını kəsməyinə qarşılıq olaraq Mərmərə dənizinə İstanbulu batıracaq bomba atmalıyıq.

Bunu Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Rusiya Dumasında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Türkiyə bundan əvvəl də Bosfor boğazının Rusiyanın üzünə bağlamağa cəhd edib:

“SSRİ dövründə də onlar eyni bəyanatla çıxış etmişdilər. Bizim o zamankı Xarici İşlər nazirimiz Qromıko Nyu York və ya Vaşinqtonda olan zaman demişdi ki, SSRİ-nin Qara dəniz donanmasının Aralıq dənizinə keçməsi üçün bir neçə raket lazımdır. Bunun da nəticəsində İstanbul olmayacaq və Bosfordan əlavə Aralıq dənizinə keçmək üçün daha iki keçid yaranacaq. Bu məsələdən sonra Türkiyə bir də heç vaxt Bosfor boğazının SSRİ hərbi gəmilərinin üzünə bağlanması məsələsini gündəmə gətirmədi. İndiki şəraitdə İstanbula xüsusi raket atmaq gərək deyil, sadəcə, dənizə bomba atmaq yetərli olacaq. Bu, elə daşqın olacaq ki, şəhərdən heç nə qalmayacaq. Bu artıq çoxdan düşünülüb. Su bir neçə on metr hündürlüyə qalxır və bütün şəhəri 9 milyon əhalisi ilə birgə yox edir”.

Qeyd edək ki, dünən Bosfor boğazından keçməyə çalışan Rusiya gəmilərinin Türkiyə tərəfindən saxlanılması haqda xəbərlər yayılmışdı.
1079 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı