Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2015

Övladı fərari olan general

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun öz işinin öhdəsindən layiqincə gələ bilməməsi, ölkənin səfərbərlik sistemində yaranan problemlərlə bağlı məqalə diqqətinizə təqdim edilmişdi. Bu faktlar oxucuların da marağına səbəb olub. Belə ki, bununla bağlı oxuculardan biri hətta maraqlı bir ittihamda da bulunub. Oxucumuzun yazdıqlarını dia.az olaraq təqdim edilir:

“Arzu Rəhimov heç vaxt səfərbərlik sistemində peşəkar hesab olunmayıb və oluna da bilməz. Olmayacaq da. Çünki gələn gündən ona göstərilən etimadı doğrultmaq əvəzinə başı pul qazanmağa qarışdı. Bu gün Arzu Rəhimovun 3 milyonluq villası var. Sürücüsü milyonluq cinayət işinə görə ələ keçir. Dövlətin bu sistemə ayırdığı pullar Arzu Rəhimovun şəxsi büdcəsi kimi xərclənir.
Arzu Rəhimov anlamır ki, müharibə şəraitində olan bir ölkənin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisidir. Yəni burada ani bir yanlışı cəbhə xəttində, düşmənlə üz-üzə hiss edə bilərik və edirik də. Onun bəlasıdır ki, Arzu Rəhimov orduya hələ də yararsızları cəlb edir. Əvəzində isə onun yaxınları, doğmaları, hətta öz övladı belə ordudan yayındırılır. Bu gün Arzu Rəhimov artıq 2 ildir ki, ordudan yayındırdığı oğlu Myurad Rəhimovu səfərbər edə bilmir. Beləsi Azərbaycanın qeyrətli oğullarını necə səfərbər edəcək?/aztoday/
1061 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber