Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2015

Ərdoğanın İŞİD-lə neft biznesi - Rusiyadan ŞOK FOTOLAR

“Türkiyə lideri və onun ailəsi İŞİD terror qruplaşması tərəfindən tutulan yataqlardan neftin qanunsuz çatdırılması sisteminə cəlb edilib”.

“RİA-Novosti” agentliyi xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov brifinqdə bildirib.

 “Bizə daxil olmuş məlumatlara görə, bu biznesə prezident Ərdoğan və ailəsi də daxil olmaqla Türkiyənin ən yüksək siyasi rəhbərliyi cəlb edilib”, - Anatoli Antonov vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə Suriya və İraqda “İslam dövləti” tərəfindən oğurlanan neftin əsas istehlakçısıdır. Nazir müavini İŞİD-in il ərzində neft satışından 2 milyard dollar gəlir əldə etdiyini deyib. O, həmçinin bildirib ki, Rusiya aviasiyasının zərbələri nəticəsində Suriyada İŞİD-in neft hasilatı iki dəfə azalıb.

Rusiya ordusunun Baş qərargah rəisinin müavini Sergey Rudskoy isə bildirib ki, Rusiya tərəfi Türkiyə ərazisinə neft nəqlinin üç əsas marşrutunu aşkar edib. O, Türkiyənin qeyri-qanuni neft biznesində iştirakı barədə Rusiya baş qərargahının kosmik və hava kəşfiyyatı məlumatlarına əsaslanan təkzibedilməz sübutlara malik olduğunu deyib.

“Qərb marşrutu Aralıq dənizinin sahilində türk limanlarına çıxır. Bu marşrut üzrə Rakka şəhərinin ətrafındakı ərazilərdən çıxarılan neft avtomobil nəqliyyatı ilə daşınır. Şimal marşrutu Türkiyəyə - neftayırma zavodlarına uzanır. Suriyanın şərq rayonlarından çıxarılan neftin əhəmiyyətli hissəsi Suriya sərhədindən 100 kilometr uzaqlıqda yerləşən Batman neft emalı zavoduna nəql edilir. Türkiyəyə neftin nəql edilməsinin üçüncü marşrutu şərq marşrutudur. Suriyanın şimali-şərq və İraqın şimali-qərb rayonlarındakı yataqlardan çıxarılan neft Cizrədəki böyük yükboşaltma bazasına daşınır”, - Sergey Rudskoy vurğulayıb.



1087 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...