Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2015

Nardaran sakinləri məsciddə Ərbəin mərasimi keçirib

Nardaran camaatı Hüseyniyyə məscidində imam Hüseynin 40 mərasimini keçirib

Məsciddə yüzlərlə adam olub. Bu barədə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, qəsəbədə Daxili Qoşunlar və xüsusi təyinatlılar var.
“Amma qəsəbə daxilində insanların sərbəst hərəkətinə məhdudiyyət yoxdur. Hətta qəsəbə daxilində avtomobillərin hərəkətinə də ciddi nəzarət edilmir”, o qeyd edib.
Kərimovun sözlərinə görə, hüquq mühafizə orqanlarının dünən qəsəbədə keçirdiyi xüsusi əməliyyat nəticəsində 19-dan çox sakin saxlanıb.
“Hətta bir ailənin üç üzvü saxlanıb. Analarını isə infarkt vurub”, o qeyd edib.
Qəsəbəyə artıq 7-ci gündür elektrik enerjisi verilmir.
Azərbaycan dövlət televiziyası dünən keçirilən əməliyyat nəticəsində qəsəbədə asılmış dini bayraqların, küçələrdəki dini şüarların və küçələrə verilmiş dini adların götürüldüyünü nümayiş etdirib.
Bununla yanaşı, hüquq mühafizə orqanları dekabrın 1-də Nardaranda keçirilən xüsusi əməliyyatın nəticələri ilə bağlı hələ məlumat yaymayıb./islamazeri/
1109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber