Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2012

Azərbaycanlı zəvvarlar Məkkəyə yola düşəcək

Oyktabrın 3-də azərbaycanlı zəvvarları Həccə aparacaq ilk təyyarə Bakıdan Məkkəyə yola düşəcək. Digər təyyarə reysləri də 3 gün ərzində reallaşdırılacaq.

Zəvvarlar oktyabrın 3-dən 8-nə qədər 14 təyyarə reysi ilə Məkkəyə yola salınacaq. Onların qalacağı oteldən, təyyarə xidmətlərindən asılı olaraq Hacı adını qazanmaq zəvvarlara 3 min 250 - 4 min 100 manata başa gəlir. Qafqaz Müsəlmanları İdarəsində bir neçə ay əvvəldən Həccə gedən insanların maariflənməsi üçün kurslar təşkil edilib. Zəvvarlar 42-45 nəfərlik qruplara bölünüb. Qrup rəhbərləri həmin zəvvarları ziyarətə hazırlayıblar.

“Ora gedən insan ən başlıca namaz bilməlidir. Namazı bilməyən, öyrənməyən insanın Həcci batildir. Biz elə eləmişik ki, ora gedən insanlar özlərinə zəruri olan əşyaları götürə bilsinlər. Biz onlara çiyin çantaları, broşurlar, kitabçalar bölürük, onlarda Azərbaycan bayrağı var, bir- birini tanımayan insanlar o bayraqlardan da bilir ki, bu azərbaycanlıdır" - deyə QMİ-nin sədr müavini Hacı Fuad Nurullah bildirib

Oktyabrın 15-16-da Həcc ziyarəti başa çatacaq.

Zəvvarlar Məkkəyə çatan kimi kiçik Ümrə ziyatətini edəcəklər. Böyük Həcc isə Qurban bayramına iki gün qalmış başlanacaq və Məkkədə olan bütün müsəlmanlar bir yerdə həyata keçirəcək. Həcc ziyarətinin ən son əməli- qurban kəsilməsi oktyabrın 15-16-na təsadüf edəcək. Həmin gün bütün müsəlman aləmində Qurban bayramı kimi qeyd olunur. Həcc ziyarətində demək olar ki, bütün əməllər 7 dəfə edilir.

“Məkkəyə getməyin mənası odur ki, mən qiyamətə gedirəm kiçik qiyamətə... Həccə kiçik qiyamət deyirlər. Bütün şeylər 7 dəfə edilir. Şeytana daş atmaq təvaf, bunun da mənası odur ki, sən nəyisə yeddiyə çatdırdınsa tam saflaşırsan, 6 da olmaz, 7 olan kimi tamamlanır" - deyə Hacı Fuad Nurullah qeyd edib.

Həcc mövsümü ilə bağlı Məkkədə hazırlıq işləri görülüb.

Həcc mövsümünün başlanmasına saylı günlər qalmış Məkkənin özündə də hazırlıq işləri keçrilib. Müqəddəs Kəbənin örtüyü -kisvə ənənəyə uyğun olaraq Kəbənin ağ mərmərdən hazırlanmış qabarıq aşağı hissəsindən yuxarı qaldırılıb. Örtüyün qaldırılmasından sonra onun yuxarı hissəsini ağ pambıq parçaya bükürlər. Həmçinin müsəlmanların baş məscidinin - Məscidül-Həramda Kəbə ətrafında təvaf edənlərin rahat hərəkətini təmin etmək üçün genişləndirmə işləri aparılıb.
1222 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:41