Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2015

Arif Hacılı: "Nardaran terrorçuları" ifadəsi işlətmək yolverilməzdi

Hazırki hakimiyyət məntiqsiz səbəblərlə ittiham olunaraq mühasirədə saxladığı, həbs etdiyi dini inancli insanları xalqın gözündən salmaq özünə haqq qazandırmaq məqsədi ilə kəskin ifadələr işlədir. Bu ifadələr mətbuat orqanlarında da tez-tez təkrarlandığı üçün hökumət mediası haqqlı olaraq qinaq obyektinə çevrilib

Musavat başqanı Arif Hacılı bu məsələyə münasibət bildirərək, öz facebook səhifəsində yazıb:

"Nardaran terrorçuları" ifadəsinin işlədilməsi yolverilməzdir.

Əvvəla ona görə ki, 26 noyabrda Nardaranda terror hadisəsi baş verməyib. Bu hadisəni "səlahiyyət həddini aşma", "qeyri adekvat güc tədbiq etmə", " özünü müdafiə məqsədi ilə adam öldürmə", "özünü müdafiə həddini aşma" və. s-dən tutmuş, ehtiyatsızlıq, son zərurət, qəsdən adam öldürməyə kimi müxtəlif cür təvsir etmək olar. Amma heç bir halda bu terror hadisəsi deyil.

Parisdə terror hadisəsi baş verəndə Fransua Oland bu hadisəni nəinki islama aid etmədi, hətta bu konteksdə islam sözünü işlətməmək üçün " bu terrorun heç bir sivilizasiyaya aidiyyatı yoxdur"- dedi.

Azərbaycanın bəzi televiziya kanalları, hakimiyyətə yaxın saytları, bəzi rəsmi şəxslər isə, həm də təqsirsizlik prizumpsiyası prinsipini pozmaqla, son günlərin hadisələrini islam faktoru ilə bağlamaqda, "Nardaran terrorçuları" terminindən sağa-sola istifadə etməkdədirlər.

Nə olsun ki, hüquqi dövlətdə yaşamırıq, əməllərinizə görə məsuliyyət daşımayacağınıza əminsiniz, heç olmasa cəmiyyət və vicdanınız qarşısında məsuliyyətinizi dərk edin./faktxeber/
970 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:08