Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2015

03 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 03-də güclü şimal-qərb küləyinin əsəcəyi, axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, günün birinci yarısında 10 dərəcəyədək, günün ikinci yarısında 6 dərəcəyədək isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Dekabrın 03-də arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 03-04-də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyinin əsməsi və temperaturun ötən günlərlə müqayisədə xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.
941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56