Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2015

Ağcabədidə ölülər suyun içində qalıb

Ağcabədi rayonundakı ən iri məzarlıqlardan olan "Üzeyir" qəbiristanlığına tullantıların atılması sakinləri ciddi narahat edir. Onlar deyirlər ki, buraya qəbirlərin üzərindəki əklil və güllərlə yanaşı, digər məişət tullantıları da atılır.

El TV (Region TV) xəbər verir ki, yaranan hal ərazidə sahibsiz itlərin və vəhşi heyvanların çoxalmasına səbəb olur. Bunun nəticəsidir ki, bir neçə məzar yırtıcılar tərəfindən eşilib. Sakinlər bu kimi halların yaranmasının başlıca səbəbini isə oradakı şor kanalının təmizlənməməsində görürlər.

"Qəbir qazılanda su çıxır. Ölülərimiz suyun içindədir. Bizə lazımdır ki, bu, təmizlənsin", - deyə sakin Məzahir Mehdiyev bildirib.
929 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber