Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2015

"Ərdoğanın üzünə oğurluq neft sürtülsə belə...”

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ailəsi İŞİD-dən neft alır”.

Bu sözləri Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bu gün keçirilən “Rusiya Federasiyasının Silahlı Qüvvələri beynəlxalq terrorizmlə mübarizədə” adlı brifinqdə bildirib: “İŞİD-in oğurladığı neftin başlıca alıcısı Türkiyədir. Bu cinayət biznesinə ölkənin ən yüksək təbəqəsi - prezident Ərdoğan və onun ailəsi cəlb olunub”.
“Biz Ərdoğanın sözlərinin dəyərini bilirik. Onun yalanını artıq bir dəfə Türkiyə jurnalistləri açıqlayıblar. Onlar Türkiyənin humanitar yardım adı altında terrorçu qruplaşmaya silah çatdırdığını bildiriblər. Buna görə həmin jurnalistlər həbs olunub. Ərdoğan da başda olmaqla, hakimiyyət istefaya getməyəcək. Heç nə baş verməyəcək. Hətta onların üzlərinə oğurluq neft sürtülsə belə...” – deyə müdafiə nazirinin müavini qeyd edib.
A.Antonovun sözlərini onun həmkarları da tamamlayıb. Onlar qeyd ediblər ki, bu məlumatlar peyklərdən və kəşfiyyatdan əldə olunan məlumatlarla təsdiqlənir.
Rusiya müdafiə nazirinin müavini İŞİD-in neft hasilatı ilə bağlı infrastrukturunun ləğvinin vacibliyini də vurğulayıb.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəhbəri Sergey Rudskoy terrorçu qruplaşmanın bütün neft obyekləri barədə məlumata sahib olduqlarını bildirib.
Rudskoy Müdafiə Nazirliyinin Suriyada terrorçu qruplaşmanın nəzarətində olan neft obyeklərinin tam siyahısını öz saytında yerləşdirəcəyini qeyd edib: “Obyektlər barədə tam informasiya brifinqdən sonra Müdafiə Nazirliyinin saytına yerləşdiriləcək”.
O bildirib ki, Rusiya hərbçilərində bu obyektlər, həmçinin benzindaşıyan və ağır tonnajlı yük maşınları barədə geniş məlumat var./aznyus/
1103 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi