Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Dağlıq Qarabağ növbəti dəfə Ermənistan ərazisi kimi təqdim olundu

Amerikanın tanınmış jurnallarından biri, Qarabağı ermənilərin tarixi ərazisi kimi göstərdi

Dünya ABŞ-ın "Writer's Digest" jurnalında, Amerikada yaşayan erməni yazar Metyu Karanyanın bu ilin əvvəllərində çap olunmuş "Ermənistan və Qarabağ: daşların bağı üçün bələdçi" məlumat kitabçası haqqında təriflə dolu məqalə dərc olunub.

Ans-in verdiyi məlumata görə, jurnalda dərc olunan qərəz və yalanla dolu olan məqalədə qeyd olunur ki, 2013-cü ilin əvvəlində kimliyindən asılı olmayaraq hər kəs üçün nəşr olunan bu kitabça Ermənistana və Qarabağa getmək istəyənlər üçün ən yaxşı bələdçi rolunu oynaya bilər: "Çünki, bu kitabçada Qarabağla bağlı təsvirlər və tarixi məkanlar yüksək səviyyədə təqdim edilib. Həvəsləndirici mükafata layiq görülən kitabça həm də yüksək səviyyədə təşkil edilmiş peşəkar turizm bələdçisidir".

Kitabçada, qondarma "Erməni Soyqırımı" ilə bağlı da məlumat yerləşdirilib. Bununla bağlı narahatçılığını ifadə edən məqalə müəllifi qeyd edir ki, kitabın müəllifi XX əsrin əvvəllərində baş vermiş soyqırımı haqqında yazmaqla, bu gün üçün siyasi həssaslıq daşıyan bir mövzuya toxunmaq istəyib: "Bu da kitabçanın bələdçi rolunu ifa etməsinə maneçilik törədə bilər".
1668 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:06