Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2015

Qəhrəman Nardaranlı və bütün dinidar Azərbaycanlı qardaşlarıma müraciət!

Bismillahir-rəhmanir-rəhim

Qal-ə Rəsulullah (s.ə.a.s.): Mən səmeə rəcul-ən yonadi-ə monadi ya ləlmoslemin! Fə ləm yəcebə behe, fə ləyse be moslem. (Peyğəmbər s. buyurdu: Hər kəs bir kişinin, «siz ey müsəlmanlar!» deyə səslənişini və nidasını duyub, onun hayına haray və fəryadına cəvab verməsə, müsəlman deyildir.)
Tarix boyu özünü vəhşicəsinə hadisələrlə xatırladan, İmam Əlini(ə.s.) mehrabda şəhid edən, İmam Hüseynin(ə.s.) qanını Kərbəla çölünün torpaqlarına axıdan, bu günə qədər vilayət və imamətə qarşı bəslədiyi kin və küdurətin xıncını və nifrətini islamiyyət adilə müsəlmanlara qusan firqələrin, islam düşmənlərinin dəstəyilə, dünyada islamın heysiyyətinin ləkələndiyi bir dövrdə, zəmini və meydanı Şiə qırğınına çevirmək üçün müsaid görən mənfur bir hakimiyyətin başında oturan əxlaq yoxsunu, iman fəqiri, insanlıq biganəsi, israil köləsi, qərbin tulası hökmdar, bir daha, qanında, nütfəsində və damarlarında daşıdığı öz materialist, mülhid, kafir, zidd-i bəşər simasını sərgiləyib, atasının gülümsər dodaqlarının altında gizlədiyi yırtıcı dişlərini qıcırdaraq, məsum və müdafiəsiz bir kəndin əhalisinin üzərinə, erməni qəddarlarına yeridə bilmədiyi hərbi sursatı yeritmişdir. Sionizmin və ABŞ-ın yaradıb dünyanın canına kuşqurtduğu, vəhşi sələfilərin əməllərindən yaranan ümumdünya İslamofobiyasını dəyərləndirib, dünyanın sükutla qarşılayacağından əmin olan, zəif və nökər təbiətli bu asılı rejim, Şiə qırğınına əl atdı. Əkskəşfiyyatçı, işkəncə və Sibirə sürgünlər mütəxəssisi, DTK generalı padişahın zamanından, dindarların kütləvi həbs edilmələri ilə başlanan, və vəliəhdinin dövründə də, 2010-cu ildən, hicaba qarşı irticaçı tədbirlərlə davam edən islam əleyhinə siyasət, hakimiyyətdə hissədar olan oğrular və əyrilər ölkəni qarət edərkən, xalqın ən pak oğullarına, özlərinə yaraşan qaraları yaxaraq həbs etmələrilə, axır günlərini keçirməkdə olan rejim, ğərq olanlar kimi son təpinmələrini nümayiş etdirir.
Rəhbərimiz Ayətullah ül-üzma Xamenei həzrətləri, Heydər Əliyevi qəbul etdikdə, ona öyüd və xəbərdarlıq edib, demişdi: "Eşitmişəm dindarlara əziyyət edirsən, amma qulağını yaxşıca aç və eşit, Məhəmmədrza Pəhləvidən, boyun onun boyuna çatmasa da, ibərt al! O İslamla uğraşdı və sonunda xalqın silləsini yedi, xalq onu təpik və tüpürcəklə ölkədən atdı". Məntəqədə, qəlbi Şiə kinəsilə dolu olan, İxvanul müsliminçi hökmdarların, 4 il daha hakimiyyətdə qalacağını fürsət bilərək, onların arxasınca quyruq bulamağı seçən Azərbaycan rejimi, mahiyyətsiz, mənliksiz, kukla müxalifətdən yox, əsil müsəlman xalqdan qorxduğunu bir daha sübut etdirdi. Bu rejim yaxşı bilir ki, özləri kimi, xalqın malını qarət ederək bəslənən, səfirliklərin iradəsi ilə əyilib düzələn saxta müxalifətdən bu günə qədər də gəlmədiyi kimi, heç vaxt zərər gəlməyəcəkdir. Bununla bərabər, yenə də yaxşı bilir ki, bütün islam dünyasını saran digər kuklalar və oyuncaq oğrular kimi, bu rejimi də, qəhrəman müsəlman ümməti, silib süpürüb tarixin zibilliklərinə tullayacaqdır.

1437. Ərbəin - Təhran
Sizin qardaşınız: Əsğər Fərdi
2654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber