Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2015

Leyla Yunus "ölüm həddi"ndədir

8,5 il azadlıqdan məhrum edilən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun hazırda mədəsi yemək qəbul etmir, yediklərini qaytarır.

Bu barədə hüquq müdafiəçisinin yaxınları Meydan TV-yə məlumat verib.

Yaxınlarının bildirdiyinə görə, noyabrın 30-da həkim Vitt Leyla Yunusu müayinə edib və ona "sağlamlığınızın bu həddə çatdığını təsəvvür edə bilməzdim", - deyə söyləyib.

Yaxınları əlavə edib ki, hüquq müdafiəçisinin səhhəti çox kritikdir, hətta bu vəziyyəti ölüm həddi də adlandırmaq olar: "Buna görə Leyla Yunusun səhhətinin kəskin pisləşməsi ilə bağlı müdafiə tərəfi dekabrın 7-də onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə məhkəməyə müraciət edəcək".

Bu xəbərləri eşidən Leyla Yunusun həyat yoldaşı Arif Yunusun da səhhəti pisləşib. Onun ayaqları şişdiyindən yerimə qabiliyyətini itirib: "Bütün bunlar Leyla Yunusa görədir, o, çox fikir çəkir və bununla da təzyiqi qalxır. Onu müalicə olunmaq üçün azad etmişdilər, amma Leyla Yunusun durumu Arif bəyin səhhətini daha da pisləşdirir".

Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
1252 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı