Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2015

Nardaranın girişində beton plitələr düzülür

Nardaran qəsəbəsinin girişində beton plitələr düzülür. Yalnız qəsəbəyə giriş üçün yer saxlanılacaq.

Hazırda Nardarana daxil olanlar yoxlanıldıqdan sonra qəsəbəyə buraxılır.

Qeyd edək ki, dekabrın 1-də saat 08.00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.  /report.az/

935fa195-f4fe-4515-9152-d415543402d4

2d83e045-c481-4f35-8045-f516bea802c9

 

 

 

***

Maştağa-Nardaran yolu Çevik Polis Alayının xüsusi təyinatlılarının nəzarətindədir. Daxili Qoşunların hərbçiləri isə kəndin içərisindədir.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, kəndə yalnız yerli sakinlər kimliklərini təsdiq edən sənədlər yoxlanandan sonra buraxılır.

Media nümayəndələri və digər şəxslər Nardarana buraxılmır.

Səbəbi isə izah olunmur.

1308 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 18:04