Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2015

Ramzan Kadırov İŞİD-ə meydan oxudu

Çeçenistan prezidenti Ramzan Kadırov İŞİD-i təhdid edib.

Bu barədə məlumat Rusiya mətbuatında yer alıb.

İŞİD Rəqqa şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə casusluqda günahlandırdığı çeçen kökənli Kasiyev Maqomid adlı şəxsin başını kəsib.

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Kadırov "Bu adam öldürən şəxs, bilsin ki, çox yaşamayacaq" deyərək, İŞİD döyüşçüsünü təhdid edib.

Çeçenistan və Dağıstanda yüzlərlə ekstremistin Suriya və İraqa gedərək İŞİD terror təşkilatına qoşulduğu bildirilir.
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber