Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2015

Putin: "Türkiyə yalnız pomidorla canını qurtara bilməyəcək”

Türkiyə hakimiyyəti Suriyada rusiyalı hərbçilərin həlak olmasına birbaşa məsuliyyət daşıyır, Rusiya prezidenti Federal Məclisə müraciətində bildirib.

Vladimir Putin həmçinin deyib ki, türk xalqını Rusiyaya dost hesab edir.

"Türk xalqı xeyirxah və istedadlıdır. Türkiyədə çoxlu dostlar var. Onlar bilməlidirlər ki, biz onları hərbçilərimizin ölümünə görə məsuliyyət daşıyan hakim zümrə ilə eyniləşdirmirik", - Putin deyib.

Rusiya lideri Ankarının motivlərini başa düşmədiyini bildirib. Onun sözlərinə görə Moskva bütün məsələlərdə Türkiyəyə qarşı addım atmağa hazır olub.

"Türkiyənin bunu niyə etdiyini təkcə Allah bilir. Yəqin ki, Allah Türkiyədə hakimiyyəti cəzalandırmaq üçün onların ağıl və düşüncəsini əlindən alıb", cənab Putin deyib.
Putin bildirib ki, Rusiya "əsəbi reaksiya" vermədən məsuliyyətli hərəkət edəcək.

"Əgər kimsə düşünürsə ki, bizim adamları öldürüb pomidorla canlarını qurtaracaqlar, onlar səhv edir".

Moskva ilə Ankaranın münasibətləri Suriya sərhədi yaxınlığında Rusiyanın Su-24 təyyarəsinin vurulmasından sonra korlanıb.
1244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15