Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2015

Eldar Mahmudov YAP hakimiyyətinin əmrlərini icra edib

Qanunsuzluqların başında hakimiyyət dayanır

Nardarana – öz xalqına silahlı basqınlar bir qədər səngidilsə də, gündəmin baş qonusu “MTN işi” olaraq qalır. YAP hakimiyyətinin “politoloqları”, “çekistləri”, sözçüləri nazir Eldar Mahmudovdan tutmuş, sıradan əməliyyatçı olan maskalılara kimi “MTN-çiləri” (hakimiyyətə) xəyanətdə suçlamaqda dəridən-qabıqdan çıxırlar.

Heç demə, bütün ağrı-acılarımızın, dərd-sərimizin başında MTN dayanırmış. Bizi evimizdən alt paltarında yataqdan aparıb YAP təcridxanalarında işgəncəyə uğradıb günlərlə ac-susuz saxlayan, 1 milyon qarşılığında deputat, icra başçısı edən, məhkəmə qərarını icra etməyən, onlarla hektar torpağa, onlarla şadlıq saraylarına, gömrük monopoliyasına yiyələnən elə MTN şəbəkəsi, “Çovdarov bandası” imiş! Amma 10 il qabaq tamam başqa qonu gündəmi zəbt etmişdi. Hamı DIN-i bütün bəlalarımızın baiskarı kimi görürdü. Hakimiyyətin “Hacı bandası”nın 1994-cü ildən başlayan əməlləri ifşa olunduğuna görə. O çağ DIN başçısı açıq bildirdi ki, o, mərhum “ümummilli” hakimiyyət başçısının əmrlərini yerinə yetirib. Gənc və perspektivli hakimiyyət başçısı on illərlə sürən hakimiyyət reketliyinə görə DIN başçısından çox razı olduğunu açıqladı. Indi MTN başçısının açıqlama vermək hüququna onu öncədən görəvindən almaqla qadağa qoyulub və təbii ki, ondan razı olub-olmamasını hələ hakimiyyət başçısı açıqlamayıb. Eldar Mahmudova danışmaq səlahiyyəti verilsə, hakimiyyətin əmrlərini yerinə yetirdiyini deyəcək. Bu acı gerçəklik 1993-cü ildən milli hakimiyyətin qiyam yolu ilə ələ keçirilməsindən qaynaqlanır.

Fikir verin, “ümummilli lider” MTN-in Gəncə şöbəsinə “ümumittifaq” ranqlı “Zobik” ayamalı “vor zakon” Ruslan Rzayevi başçı qoymuşdu. Bütün icra başçıları “vor zakon” olmasa da, “vor” dünyasında tanınmış simalar idi. Elə baş nazirin özü. Bütün bunların hakimiyyətin ələ keçirilməsi amacı ilə edildiyini “yapçı avtoritetlər” gizlətmir.

Yeri gəlmişkən, AXC-MÜSAVAT iqtidarını 22 il öncəki Gəncə qiyamını yatırmaq əməliyyatında suçlayanlar indi Nardarandakı silahlı faciəni niyə birtərəfli alqışlayır? Orada ölənlər bu xalqdan deyil? Adi bir başsağlığı verməyi də qıymırlar? Niyə fərsiz əməliyyata görə ən azı rayon səviyyəsində cəzalanma olmur? Qardaş qanı axıtmağa görə ödül verilir? Indi görün xalqa kim xəyanət edib? Hakimiyyət adına, xalqı talamaq adına Qarabağı müdafiəsiz qoymaq, “vor zakonları” hökumət başına keçirmək! Milli güclər, Elçibəy bunu edərdimi? Əsla! Elçibəy iqtidarının müdafiə naziri, mavinləri sıradan əsgər kimi də pensiya ala bilmir. YAP iqtidarının kabinet generalları isə büdcəni talayırlar. Baxın, orduda ən yüksək general-polkovnik adı hədiyyə edilir. Özü də döyüşən ordunun zabitlərinə yox, kabinetdə kommersiya savaşı əməliyyatı hazırlayanlara. Orduda canını qoyanlar isə ya türmədədir, ya da ölkədən didərgin salınıb, ya da istefaya göndərilir? Hərbi adların verilməsindəki situasuya fəxri adların, “yeməkdar jurnalist” adı da içində olmaqla, verilməsinin eynidir. Sadəcə general adı mükafatdan başqa həm də puldur. Adi bir general ulduzu 10 anadangəlmə əlilin, ən azı 5 Qarabağ əlilinin pensiyasına bərabərdir.

Prezident qvardiyasında, başqa sözlə, prezidentin şəxsi mühafizəsində 20 hərbçi ola-olmaya, amma prezidentin şəxsi mühafizə xidmətinin rəisi orduda ən yüksək hərbi rütbəni – general-polkovnik rütbəsini daşıyır. Belə “ordu qırıcılığından” YAP hakimiyyəti niyə incisin? Ümumiyyətlə, Xususi Dövlət Mühafizə Xidmətində toplam 500, lap olsun 1000 hərbçi ola-olmaya, amma təkcə bu idarədə ikisi general-polkovnik olmaqla 10-dan yuxarı general prezidentə xidmət edir. Elçibəy isə qavardiyasını Qarabağı qorumağa göndərirdi. O qvardiyaçılardan elə bilirsiz yüksək ad alanı var? Yoxdur! Bu müharibə veteranları kabinet generalları deyil axı! Digər hüquq mühafizə orqanlarının başçıları da nazir kimi general polkovnik adı ilə təltif olunur. Bu anormallıqdır!

Indi özünüz deyin. Qanusuzluğun başında kim dayanır? Hansı güc strukturu, hansı generalın bandası daha amansızdır?

Məğrur Bədəlsoy, Qarabağ savaşı əlili/azadlıq
1657 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı