Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2015

Nardaranda yaralananların adları

Nardaranda 26 noyabrda keçirilmiş əməliyyat zamanı yaralananların adları məlum olub. Yaralı olan Bakı sakini 1997-ci il təvəllüdlü Cahad Hüseyn oğlu Balakişizadə, 1987-ci il təvəllüdlü Bəhruz Rahib oğlu Əsgərov və 1983-cü il təvəllüdlü Şamil Adil oğlu Abduləliyev Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunurlar. Əməliyyat zamanı baş verən atışmada C.Balakişiyev sol döş qəfəsindən, Bəhruz Əsgərov sol baldırından, Şamil Abduləliyev isə sağ baldırından güllə yarası alıb. Digər bir yaralı 1977-ci il təvəllüdlü Əbülfəz Heybət oğlu Bünyatov yaralı vəziyyətdə Daxili Işlər Nazirliyinin Hospitalına yerləşdirilib. O hazırda da hospitalda saxlanılır və 24 saat polis nəzarəti altındadır. Qeyd edək ki, əməliyyat Əbülfəz Bünyatovun evində keçirilmişdi./Qafqazinfo/
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:21
Kerri-Lavr