Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2015

Özbaşınalığa son qoymaq üçün özümü və ailəmi Müdafiə Nazirliyinin binası qarşısında od vurub yandıracam

Salam hörmətli Nur-az.in!
Sizi narahat edən Şəmkir rayon sakini Ələkbərov Sənan Məmməd oğludur. Mən 2014­cu ilin oktyabr ayından 2015-ci ilin iyul ayına qədər Yevlax rayonu Aran qəsəbəsində yerləşən "N" nömrəli hərbi hissədə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət etmişəm. Xidmət etdiyim dövrdə qarşılaşdığım özbaşınalıqlar və rüşvətxorluqlar barədə yuxarı komandanlıqlara, Müdafiə Nazirinə, Baş qərargah rəisinə, hərbi prokurorluğa, baş prokurora, Mehriban xanım Əliyevaya hətta cənab prezident İlham Əliyevin rəsmi internet səhifəsinə müraciət ünvalamışam. Bundan sonra mənə qarşı təzyiqlər başladı. Məndə təzyiqlərə dözə bilməyib hərbi xidmət keçmə haqqında əsasnamənin 156 maddəsinin "e" bəndinə əsasən xidmətdən azad edilmişəm. Müdafiə Naziri general polkovnik Zakir Həsənova ünvaladığım məktubda məni yenidən hərbi xidmət etmək istadiyim hərbi hissə komandanlığına müraciət etməyim qeyd olunmuşdur. Məndə 1-ci ordu korpusun komandirinə ərizə ilə müraciət etdim. Hər həftənin bazarertəsi günü komandirin qəbul günü olduğu üçün Şəmkirdən Bərdəyə görüşə gəlirdim. Amma məni korpus komandiri yox basqa kiçik rütbəli zabitlər qarşılayıb dinləyir məktubum cavabsız qalırdı. Bu hadisə dəfələrlə təkrar olub. İki ay 10 gündən sonra nəhayət ki mənim məktubuma cavab gəldi ki siz xidmətə yararsızsızsınız. Nə vaxtdan bəri rüşvət verməmək yarasız olub? İki övlad atasıyam heç bir işlə məşğul deyiləm. Hara müraciət edirəm rüşvət tələb olunur. Kəndçinin də əkib becərdiyi pula getmir. Yoldaşım ürək çatışmamazlığından əziyyət cəkir. Xahiş edirəm mənə köməklik edin. Əks halda mən bu özbaşınalığa son qoymaq üçün özümü və ailəmi Müdafiə Nazirliyinin binası qarşısında od vurub yandıracam. Diqqətinizə görə minnətdaram.
1307 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı