Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2015

Ərdəbilin ictimai təşkilat və qurumlarının Nardaran hadisələrini məhkum edən BƏYANATI

Ərdəbil əyalətinin ictimai təşkilat və qurumlarının 26 noyabrda Nardaranda baş verən qanlı hadisələri, dindarların həlak edilməsini və möminlərin həbs edilməsini məhkum edən-BƏYANATI
26 noyabrda Azərbaycan Respublikasının polis və təhlükəsizlik qüvvələri Bakının Nardaran qəsəbəsinə hücum edərək 5 nəfəri şəhid etmiş, bir neçə nəfəri yaralamış, müqəddəs Nardaranda olan onlarla ruhani və dindarı həbs etmişdir. Azərbaycan hökumətinin islamofobiya hərəkəti və din əleyhinə fəaliyyətləri misilsiz olmasına, son bir neçə ildə bu ölkənin dindarlarına hücum etməsinə, hazırda 80 nəfər dindarın qorxulu və ağır şəraitdə olan həbsxanalarda saxlanılmasına baxmayaraq, 26 noyabrda günahsız insanları qətlə yetirməsi və onlarla dindarı həbs etməsi Azərbaycan Respublikasının dini, siyasi və diktatorluq hökuməti tarixində dönüş nöqtəsi hesab olunur.
Azərbaycan hökuməti ermənilərlə döyüşmək, İslamın peykərinin bir hissəsi olan Qarabağ ərazilərini işğaldan azad etmək əvəzinə naşı siyasi geriləmə ilə həzrət Əba Əbdillah Hüseyn (ə) aşiqləri olan ruhani və dindar camaat qarşısında dayanmış, Hüseyn (ə) Ərbəini astanasında bu ölkənin möminlərini öldürmüş və həbs etmişdir. Bu ilin Tasua və Aşura günlərinin mərasimlərindəAzərbaycanın müsəlman xalqı coşqun və əzəmətli şəkildə iştirak edərək, özlərinin Əhli-beyt (ə) aşiqi və ardıcılı olduqlarını və heç bir güc qarşısında qorxmadıqlarını göstərdilər.
Ərdəbil əyalətinin ictimai təşkilat və qurumları, Azərbaycan Respublikasının təhlükəsizlik və polis qüvvələrinin ötən həftənin qanlı cümə axşamı günü Nardaran qəsəbəsində cinayətkarcasına və qeyri-insani hərəkətlərini məhkum etməklə yanaşı, Azərbaycan həbsxanalarında saxlanılan bütün ruhani və dindarların azad edilməsini, həmçinin, bu ölkə dindarlarından üzr istənilməsini, hadisənin cinayətkarları barədə cinayət işinin açılmasını tələb edir.
Ərdəbil Əyalətinin Rahpuyan Cəmiyyəti
Mühəqqiq Ərdəbili UniversitetiTələbələrinin İslamı Qurumu
Fərhəngiyan Universitetinin Bəsic Tələbələr Birliyi
Müşfiqin Mədəniyyət Mərkəzi
Fəcri Darul-İrşad Mərkəzi
Mühəqqiq Ərdəbili Universitetinin Bəsic Tələbələr Birliyi
Məhdi-Təşəyyö Mədəniyyət Mərkəzi
Qafqaz Mədəniyyət Mərkəzi
Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət Mərkəzi
Şiəşünaslıq Araşdırmalar Mərkəzi
Şiəlk Tarixi Araşdırmalar Mərkəzi
Peyam-Nur Universitetinin Bəsic Tələbələr Birliyi
Ərdəbil Məktəblilərinin İslami Birliyi
Nuvin Universitetinin Bəsic Tələbələr Birliyi
Darul-İrşad Araşdırmalar və Mədəniyyət Mərkəzi
Səlsəbil Quran Mərkəzi
Nəcm Tərbiyə Layihəsi Katibliyi
Ərdəbil Nəhcül-Bəlağə Mərkəzi
Şeyx Səfiyəddin İshaq Tədqiqat Mərkəzi
Məhdəviyyət və Kimlik Mərkəzi
Darul-İrşad Kimlik Mədəniyyət Mərkəzi
Ərdəbil Müdrikləri Quran və İtrət Mərkəzi
Azəri Dillilərin Şiə Kimliyini Müdafiə Edənlər Mədəniyyət Mərkəzi
Bir qrup dini heyət.

qafqaz.ir
1489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...