Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2015

Azərbaycan məmurları icra başçısı postlarını necə zəbt ediblər?

Azərbaycanda vəzifələrə təyinatlar zamanı əsasən yerlibazlıq və qohumbazlıq prinsiplərinin əsas götürdüyü yeni xəbər deyil. Bu iki prinsip ölkə rayonlarına icra başçısı təyinatları zamanı da keçərlidir.

Əsas səbəb isə bölgələrin iri məmurlar arasında bölüşdürülməsi, bir növ, hər oliqarxın öz “quberniyasını” formalaşdırmasıdır.

Qaynar.info Azərbaycan rayonlarına hansı aparıcı məmurların yaxın qohumlarının rəhbərlik etdiyini müəyyənləşdirməyə çalışıb. Araşdırmalarımız nəticəsində məlum olub ki:

Vergilər naziri Fazil Məmmədov Binəqədi rayonunun hazırki icra başçısı Xaləddin İsgəndərovla qohumdur. Belə ki, icra başçısı nazirin bacısının həyat yoldaşıdır.

Ağsunun icra başçısı isə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısı Ənvər Seyidəliyevdir. Yeri gəlmişkən, “Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Səlim Müslümovun digər dayısıdır. S. Müslümovun bibisinin əri isə Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur.

Ucar Rayon İcra Hakimiyyəti başçısı Mansur Məmmədov isə nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur. O, bundan əvvəl Zərdab və Göyçay rayon İcra Hakimiyyətlərinin başçısı olub.

Şirvan şəhər İcra Hakimiyyətinə isə müdafiə sənayesi naziri Yavər Camalovun yaxın qohumu rəhbərlik edir. Belə ki, şəhərin icra başçısı Mərdan Camalov onun qardaşıdır.

2007-ci ilin fevralında Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Tofiq Zeynalov Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovun, Tovuzla qonşu olan Qazax rayonunun icra başçısı Ayaz Əsgərov isə Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovun qardaşıdır.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonuna rəhbərlik edir. O bundan əvvəl Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra etmişdir.

Samux rayonunun icra başçısı Alı Qocayev Milli Məclisin sədri Oqtay Əsədovun qudasıdır.

Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumudur.

2011-ci ilin aprelində Zəngilan rayоn İcra Haкimiyyətinin başçısı təyin оlunan Ramiz Həsənov “Qaçqınkom” sədri, baş nazirin müavini Əli Həsənovun qardaşıdır.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev respublikanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır. E. Vəliyev daha əvvəl Yevlax rayonunun icra başçısı olub.
1239 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP