Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2015

5 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 05-də hava şəraitinin gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində yağıntılı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturuAbşeron yarımadasında gecə1-3, gündüz 6-9, Bakıdagecə 1-3, gündüz 7-9 dərəcə istiolacaq.
Atmosfer təzyiqi normadan yüksək 767mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Dekabrın 05-də hava şəraitinin əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərbküləyiəsəcək.
Havanın temperaturu gecə1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək istiolacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 05-i gündüzdən 07-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
1334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59