Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2015

Masallıda ünvanlı sosial yardım "talkuçkası"

Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafəsi naziri təyin olunduqdan sonra ölkədə sosial müdafəyə ehtiyacı olan insanların durumunda heç bir şey dəyişmədi. Halbuki nazir təyinatı aldıqdan sonra Səlim Müslümov dəfələrlə ölkə prezidentindən bu məsələ ilə tapşırıq aldığını və yaxın zamanda sosial sferada ciddi dəyişikliyin olacağı barədə ölkə əhalisinə vədlər verirdi. Aradan ötən 7 aydan artıq zaman göstərdi ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyndə yenə də korrupsiyalaşıb və nazirliyin tabeçiliyində olan qurumlarda yenə də hər şey rüşvətlə həll olunur.
Masallıdan daxil olan məlumat bu sahədə vəziyyətin nə qədər acınacaqlı olduğundan xəbər verir. Belə ki, daxil olan məlumatda göstərilir ki, Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Akif Əliyev və ətrafı dövlətin sosial müdafiyə ehtiyacı olan vətəndaşlara ayırdığı vəsaitləri açıq aşkar mənimsəyirlər.

Məlumatda bildirilir ki, 2014-cü ildə Masallıda 4457 nəfər ünvanlı sosial yardım alır. Amma məsələ orasındadır ki, sosail yardım alanların sayı Masallıda rekord səviyyədə olsa da, dövlətin yardımını alanları 60-70 faizi Akif Əliyevin qohum-əqrabası, həmçinin Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdirinə rüşvət verərək dövlətin sosial yardımını alan imkanlı şəxslərdir. Sosial yardım almağı haqq edənlər isə bir qayda olaraq kənarda qalırlar. Ya da həmin şəxslər alacaqları sosial yardımın 3-4 ayını Akif Əliyevə vermək məcburiyyətindədir. Bu isə faktiki olaraq dövlət yadımına ehtiyacı olan ailəllərin insanların sosial müdafiəsini təmin etməklə vəzifəli olun məmurlar tərəfindən soyulması deməkdir. Belə ki, müdir və yaxın ətrafı ünvanlı sosial yardım düzəltmək istəyən imkansız şəxlərdən sənədlərin tezliklə hazırlanması, qeydiyyatan keçməsi əvəzində ayrılan vəsaitin ilk 3-4 aylığın götürürlər. Mərkəz işçilərinin bu təklifini qəbul etməyən şəxlər isə aylarla süründürülür.

Masallıdan daxil olan məlumatda göstərilir ki, ünvanlı sosial yardım alan şəxslərin əksəriyyəti qanunsuz alır. Sosial yardım alan şəxslərin böyük əksəriyyətinin iş yerləri və şəxsi biznesləri olmasına baxmayaraq mərkəzin işçilərinə verdikləri rüşvət müqabilində yardım alanların siyahısan düşə biliblər. Bunu yoxlamaq isə nə Səlim Mülümov üçün, nə də əlaqədar dövlət qurumları üçün heç də çətin deyil. Sadəcə sosial yardım alanların siyahısına nəzər yetirmək və siyahıda olan on-on beş nəfərlə maraqlanmaq yetərlidir.

Məlumatda bildirilir ki, siyahıda elə adamlar var ki, aylıq gəlirləri 1000 manatdan artıq olmasına baxmayaraq illərdir sosial yardım alırlar. O cümlədən Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləyən işçilərin bir çox qohum əqrabaları, dost-tanışları və yaxınlarıda ünvanl sosial yardımdan bəhrələnirlər. Halbuki rayonun bir çox kəndlərində imkansız vətəndaşlar var ki, onlar illərdir sosial yardıma həsrətdirlər. Yəni Akif Əliyev və «komandası»nın «hörmətini» etməyənlər dövlətin ünvanlı yardımından məhrum olurlar.

Daxil olan məlumatda göstərilir ki, Masallı rayonunda 4457 şəxsə verilən ünvanlı sosial yradımın bir hissəsini qeyri qanuni olaraq Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Akif Əliyev şəxsən özü alır. Belə ki, iddiaya əsasən mərkəz müdiri Akif Əliyev sosial yardım pulları verilən zaman gecələr gizlicə rayonun Kapitalbankının bankomatında saatlarla kartlardan vəsait çıxartmaqla məşğul olur. Bəzən isə Akif Əliyev bu işi görmək üçün qonşu Cəlilabad və digər yraonlara getdiyi bildirilir. Məlumatda iddia olunur ki, hazırda Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdirin əlində yüzlərlə sosial yardım kartı var. Bildirilir ki, Akif Əliyev və yaxın ətrafı ünvanlı sosial yardımın ilk 3 ayının alınması maxinasiyasında təxminən 250 min manatdan çox qazanc əldə edirlər.

Bundan başqa rayonda soial alan şəxslərin bir çoxunun ünvanlı yardımının şişirdildiyidə qeyd olunur. Belə ki, mərkəz müdirinə və ətrafına «hörmət» edən şəxslərin ünvanlı yardımı qeyri qanuni artırılır./Azerinews/
1319 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17