Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2015

Azərbaycan dövləti İmam Hüseyn (ə) hərəkatından yaxşı istifadə etmək əvəzinə onunla mübarizə aparır

Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazının xütbələrində Azərbaycanda beş nəfərin şəhid olması və yüzlərlə elita insanın həbsinə səbəb olmuş hadisəyə görə öz narahatlığını bildirib.

Həzrət Ayətullah Amili coğrafi sərhədlə məhdud olmayan “yaxşılığa dəvət və pislikdən çəkindirmək” prinsipi əsasında tamamilə xeyrxahlıq məqsədi daşıyan bir tonda Azərbaycan rəsmilərinə müraciət edib.
“Dünyanın hər harasında olursa olsun, hər bir kəs zülm qarşısında məsuliyyət daşıyır. Hər kəs zülmü görüb ona reaksiya verməsə və tamaşaçı olsa, yaxud hər hansi bir vasitə ilə zülmə razı olursa, o da günahda şərikdir. Çünki “yaxşılığa dəvət və pislikdən çəkindirmək” vəzifəsinə əməl etmək, digər ölkələrin işlərinə müdaxilə etmək sayıla bilməz”-deyə Ayətullah bildirib.
O həmçinin, amerikalı keşişin Qurana hörmətsizlik etməsi hadisəsində “yaxşılığa dəvət və pislikdən çəkindirmək” prinsipindən bir nümunə gətirərək deyib: “Bu hadisədə Azərbaycanın birinci xanımı keşişə etiraz etdi. Bu etiraz “pislikdən çəkindirmək” prinsipindən olduğu üçün heç kəs bunu digər bir ölkənin daxili işlərinə qarışmaq hesab etmədi”.
İmam cümə çıxışının davamında bu mövzuda xeyirxahlıq məqsədi güddüyünə təkid edərək deyib: “Ən böyük müsəlmanlıq və insanlıq vəzifələrindən biri də öz din qardaşlarının xeyirxahlığını istəməkdir. Mən bundan öncə də xeyirxahlıq üzündən olan çıxışılarımda bir neçə məsələ barədə Azərbaycan dövlətinə müraciət etmişdim. Milli təhlükəsizlik nazirinin həbsi hadisəsində – öz dövləti və xalqına xəyanət etməsi, İŞİD-i himayə etməsi və gələcəkdə çevriliş etmək istəməsi məlum oldu – onun xəyanətkar olması barədə mən neçə dəfə xəbərdarlıq etmişdim. Amma sonda mən, Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə itiham olundum”.
O əlavə edib: “Bütün bu təcrübələrin şahidi olmaqla, çox təəssüflər olsun ki, yenə də Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri sionist rejimin və dünya imperializminin tövsiyələrinə qalaq asır, onların fərmanları əsasında hərəkət edir, onların sifarişi ilə şiələrə təzyiqlər göstərir. Əlbəttə, dövlətin də mövqeiyyətini təhlükəyə salır. Mən yenə xeyirxahcasına Azərbaycan dövlətinə xəbərdarlıq edirəm ki, bu işlər hökumətin xeyrinə deyil. Çünki xalqın etiqadını oyuncağa çevirmək, dinc dini və siyasi fəaliyyəti ilə mübarizə aparmaq olmaz”.
Ayətullah çıxışında bir daha Nardaran hadisələrinə qayıdaraq deyib: “Bu durum davam etdiyi surətdə Azərbaycanın gələcəyi təbii olaraq çox tutqun və qaranlıq olacaq. Beş nəfər qeyrətli azərbaycanlı gəncin şəhid olmasına səbəb olmuş Nardaran hadisəsində bu hərəkəti bir cümlədə hökumətin öz xalqı ilə tam miqyaslı bir müharibəsi adlandırmaq olar”.
“Azərbaycan dövlətinin öz xalqına sərf etdiyi zorakılıq himməti ermənilərə qarşı həyata keçirilsəydi, Qarabağ məsələsi indi çoxdan həll olmuşdu”-deyə imam cümə vurğulayıb.
Həzrət Ayətullah Amili çıxışının digər bir hissəsində sözü gedən hadisənin səbəblərindən söz açaraq deyib: “Bəzən iddia olunur ki, müxaliflər İran casuslarıdır. Sübutları da onların Ayətullah Nuri Həmədaninin əlini öpmələridir. Onda belə sual yaranır ki, İraq camaatı Ayətullah Sistaninin əlini öpürlərsə, İran casuslarıdırmı? Yaxud bir ömür Ayətullah Həkimin əlini opdüyümüz üçün biz İraq casuslarıyıqmı? İndi müxtəlif ölkələrin bu qədər vətəndaşları təqlid mərcələri ilə görüşürlər, lakin casusluqdan heç bir xəbər yoxdur. İmam Xomeyninin (ə) və Ali Məqamlı Rəhbərin şəkilləri Qətifin bütün yerlərini doldurmuşdur. Amma onlar eyni halda öz vətənlərini sevirlər. Məlumdur ki, belə töhmətləri dilinə gətirən şəxsin nə din, nə də təqlid mərcəsi barədə heç bir anlayışı yoxdur. Azərbaycana gedərək “hər kəs Qarabağda öldürülsə, şəhiddir”- fətvası verən müctəhid, təzim və hörmət olunmağa layiq deyilmi? Buradan məlum olur ki, belə töhmətləri vuranlar Qarabağın azad olunmasını istəmir və xaindirlər. Bu vəziyyətlə heç vaxt Qarabağı azad etmək olmayacaq və ermənilər heç nəyə fikir vermədən rahat olacaqlar. Azərbaycana gedərək erməniləri qəsbkar adlandıran, Azərbaycanın ərazi bütövlüyünü açıq-aydın müdafiə edən müctəhid, hökumət üçün təzimə və daha üstün tutulmağalayiq deyilmi?
Azərbaycan müstəqillik qazandığı gündən baş verən bütün hadisələrdə İranı günahlandırır. Qarabağ və Şuşanın itirilməsi, xalqın fəsad, rüşvət və ayrıseçkiliyə eirazı hamısı İranın təqsiri sayılır. Burada sual olunur ki, ölkədə həbs edilmiş bu qədər azadfikirli, hüquqşünas, siyasətçi, hüquq müdafiəçisi İrandan təmin və himayə olunurmu? İran olmasaydı, nəyi bəhanə edəcəkdiniz?”
İranın bu məsələyə müdaxiləsini inkar edən Ayətullah deyib: “Azərbaycan xalqı bilsin ki, İran qədər Azərbaycanın izzətini, istiqlalını, inkişafını, yüksəlişini istəyən bir ölkə yoxdur. Əgər bir zaman – Allah eləməsin – Azərbaycan hücuma məruz qalarsa, İranın bəsiciləri onu qoruyacaq. Necə ki, ermənilərin hücumu zamanı Muğan Düzünün bəsiciləri ermənilərin qarşısını aldı və onları hazırkı nöqtədə saxlayaraq irəliləməyə qoymadı. Əgər o vaxt bəsicilər ermənilərin qarşısını almasaydı, Azərbaycanın 20 faiz yox, daha geniş əraziləri asanlıqla erməni işğalı altına düşəcəkdi”.
İmam cümə çıxışının davamında deyib: “Bəzən də müxaliflər ekstremist olmaqda ittiham olunur. Ekstremist, dini təbliğ edən deyil, qətl, terror törətsin, qan tökəndir. Nə üçün dinin təbliğindən və siyasi rəqibdən qorxurlar?
Bəzən də deyirlər ki, bunlar Azərbaycanı İraqa, Suriyaya, Livana döndərmək istəyirlər. Bütün bunların cavabında deyirəm ki, sizin dediyiniz xüsusiyyət İŞİD və vəhhabilərin xüsuiyyətləridir. Şiə tarixində və şiə əxlaqında belə belə hərəkətlər yoxdur. Rəsuli-əkrəmin (ə) bəyanlarına söykənərək terroru qadağan edən, şiədir. Bu gənclərin heç biri zorakılıq göstərən deyillər. Onlar siyasi bir partiya yaratmaqla dinc dini və siyasi fəaliyyət göstərmək istəyirdilər”.
Ayətullah Amili Qum Elmi Hövzəsinin ifratçı təbliğdə ittiham edilməsinə da cavab olaraq deyib: “Dövlətə müxalif olanların bəzilərinin Qum Elmi Hövzəsində oxuduqları üçün radikal və ekstremist adlandırılması heç bir məntiqə sığmır. O qədər radikallar vardır ki, Qum Elmi Hövzəsini görməyiblər. Qumda təhsil almış çoxlu tələbələr hazırda Azərbaycanın məscidlərində layiqli dini fəaliyyət göstərirlər. Bu ittihamların əksinin sübutuna bir nümunə, İranın, Qafqaz Müsəlmanları İdarəsinə Qum şəhərində nüməyəndəlik açmasına icazə verməsi onların ixtiyarında ofis qoymasıdır. Bu nümayəndəlik azərbaycanlı tələbələrin fəaliyyətinə nəzarət edir. Azərbaycan vətəndaşı olan bütün tələbələrin siyahısı onlarda vardır və tələbələrin təhsil proqramlarının hamısı bu ofisin nəzarətindədir. Amma Azərbaycan dövlətinin Qum Elmi Hövzəsinə qarşı belə ittiham səsləndirməsindən sonra aydın olur ki, İran dövlətinin nümayəndəlik mövzusunda addımı tamamilə səhv olmuşdur”.
Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi sözü gedən hadisədə Azərbaycanın iki polis əməkdaşının öldürülməsinə işarə edib və bu barədə Azərbaycan xalqına müraciət edərək deyib: “Bu polislərin qətlində ittiham olunan gənclər o qədər fəqir idilər ki, öz gündəlik ehtiyaclarını çətinliklə təmin edirdilər. Belə olan halda onların silahlanması və İrandan maaş almaları necə ola bilər? Nardaran hadisəsindən sonra baş qaldıran geniş həbs dalğasından aydın olur ki, hadisə zamanı həyatını itirən 2 polis, inanclı insanlara qarşı repressiya dalğasını gücləndirmək, geniş həbslər apramaq və ümumi fikri bu həbslərə hazırlamaq üçün dövlət tərəfindən düşünülmüş formada qətlə yetirilib. Hadisə yerində olan gilizlərdən də aydın olur ki, bu iki polis əməkdaşının ölümünə səbəb olan güllələr elə Azərbaycanın polis təşkilatına aid silahlardan atılıb. Hadisə yerində fərqli giliz tapılmayıb”.
“Saxlanılan şəxslərin hamısı dinc təbliğatlar və siyasi fəaliyyət ilə məşğul olan insanlardırlar. Müxaliflərlə tolerantlıqda və müdara etməkdə dünyada birinci yerdə olduğunu elan edən Azərbaycan bütün düşüncələr üçün fəaliyyət imkanı verməlidir. Məlum rəftardan aydın olur ki, bu telorantlıq müsəlmanlar üçün deyil, bəhailər, liberalistlər, sekülarlar, homoseksuallar, yəhudilər və ateistlər üçündür”-deyə, imam cümə bildirib.
Nardaran hadisələrinin əsas səbəbini bu ilki Məhərrəm mərasimlərinin əzəmətli formada keçirilməsi ilə izah edən Ayətullah deyib: “Azərbaycanda bu ilki əzəmətli Məhərrəm toplantısı, bu ölkə tarxində misilsiz idi. Bu, göstərir ki, hazırkı nəsil dindar və dini dəyərlərə bağlıdır. Elə bu kimlik də sükular Azərbaycan dövlətinin qorxmasına səbəb olmuşdur. Azərbaycan hökuməti imam Hüseynin(ə) hərəkat və mərasimlərindən istifadə etmək əvəzinə, onunla mübarizəyə qalxır. Əlbəttə, imam Hüseyn (ə) hərəkatı heç vaxt sönməyib və sönməyəcək. Tarix boyu hər kəs bu hərəkatla müxalifət edibsə, Kərbəla qatilləri yoluna daxil olub.
Gəncədə 15 yaşına çatmayan yeniyetmələrin məscidə getməsinə icazə verilmir. Bu, Azərbaycan hökumətinin Aşura və Əhli-Beyt (ə) mədəniyyətinin genişlənməsindən vahiməyə düşməsini sübut edir”.
Həzrət Ayətullah Amili, “müqəddəs şəhidlərimizin bədənləri sahibsiz qalmışdır”- deyə ona müraciət edənlərə cavab verərək deyib:”Bu şəhidlər sahibsiz deyildir. Birinci, Zati Əqdəsi Rübubi, ikinci isə Azərbaycanın şərəfli xalqı müqəddəs şəhidlərin bədənlərinin və ilham bəxş edən qanlarının sahibləridir.
Bir qrup saray ruhanisinin dövləti bu qanlı hərəkətlərə təşviq etmələrini, mən, həzrət Sahibul-Əmrə (əc) başsağlığı verirəm. Qeyd edim ki, bu xəyanət, Azərbaycan xalqının həqiqi ruhaniləri, saxta ruhanilərdən ayırd edə bilməsi üçün çox yaxşı fürsətdir. Saray ruhaniləri sekülar partiya başçıları qədər də reaksiya verməyə hazır olmadılar”.
İmam cümə çıxışının sonunda bildirib: “Biz, Azərbaycanı sevirik, onların izzət və zillətini, öz izzət və zillətimiz hesab edirik. Bütün dediklərim də şəri vəzifəmi yerinə yetirmək və xeyirxahlıq üzündən idi”.
2066 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42
Suriya ordusu Hələb