Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2015

ABŞ telekanalı Ərdoğanı terrorçu elan etdi

İki gün əvvəl ABŞ-ın Kaliforniya ştatında baş vermiş silahlı hücumla bağlı xəbərlərin ictimaiyyətə çatdırılması zamanı yerli telekanallardan biri diplomatik qalmaqala səbəb ola biləcək səhvə yol verib.

“FOX News” telekanalının efirində gedən titrlərdə hadisəni törədənlərdən birinin 28 yaşlı Qətər sakini “Tayyeep bin Ardogan” olduğu yazılıb. Bir müddət sonra isə belə bir şəxsin olmadığı aydın olub və Tayyib bin Ərdoğan adı titrlərdən silinib.

Hadisənin baş verdiyi həmin vaxt isə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə rəsmi səfərdə olub.

İki gün əvvəl ABŞ-ın Kaliforniya ştatının cənub-qərbində yerləşən San-Bernardino şəhərində silahlı hücum hadisəsi baş vermişdi. San-Bernardino şəhərindəki fiziki imkanları məhdud insanlara aid sosial mərkəzə törədilən hücum vaxtı 14 nəfər öldürülmüşdü.
1337 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21