Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2015

Bu necə «üsyançı qəsəbə»dir ki, orada YAP-çılar seçkini udur?

Nardaran indi, ən zəif bəndənin də öz gücünü onun üzərində göstərə biləcəyi, çımxıracağı, yamanlayacağı bir məntəqədir. Başı öz dərdlərinə qarışan qəsəbənin indi heç ünvanına deyilənlərə, böhtanlara cavab verməyə macalı da yoxdur. Şübhəsiz ki, Nardaranın tənqidə layiq əlamətləri var, onlar tam ayrı mövzudur. Insanın qəlbini incidən isə, guya, müharibə aparmaq istəyən ölkədə cəmiyyət üzvləri arasında dəhşətli düşmənçiliyin, nifrətin olması və bunun Nardaran hadisələri fonunda cərəyan etməsidir.

Nardaran hadisəsinin müzakirəsi gedərkən biz nələri eşitmədik: “O qəsəbə şumlanmalıdır”; “onları sürgün eləmək lazımdır”; “ora virus mənbəyidir” və s.

P.S. Birini də biz məsləhət verək: Nardaranlıları oradan köçürüb yerinə Naxçıvanın Danabaş kəndini gətirmək lazımdır.

Bu sözlər o xalqın nümayəndələrinin dilindən səslənirdi ki, başqa vaxt tolerantlıqdan dəm vurar, “hepimiz kardeş” şarkısını bülbül kimi ötərdi.

Cinayət sübut olmadan, yalnız rəsmi dövlət orqanlarının açıqlamasını (özü də bu orqanlar dəfələrlə yalan, qərəzli açıqlamalar yaymaqla cəmiyyəti aldatmaqla məşhur olsa da) əldə əsas tutaraq, Nardaranı linç edənlər, ümidvaram ki, bu işi təmannalı görməyiblərsə, ajiotaj yatandan sonra necə böyük qəbahətə yol verdiklərini bütün varlıqları ilə hiss edəcəklər.

Nardaran hadisəsi barədə çox yazılıb, hələ lap çox yazılacaq. Bu məqalə bu ağır hadisənin başa düşülməsi, qiymətləndirilməsi məqsədilə qələmə alınıb. Fəqət müəllif, sizə bu qatmaqarışıq hay-küyün içində itib-batan, qızıl qədər qiymətli bir faktı çatdırmaqla düşünür ki, bəlkə tonlarla yağan böhtanlar qarşısında bu fakt özünə layiq qiymət alsın.

Diqqət yetirin, Nardarana “terror qalası” adını yapışdırmaq istəyənlər uca səslə tez-tez belə deyir: “Onlar dövləti saya salmırdılar, bayrağımız orada yox idi, qanunlar orada işləmirdi”. Ən populist şüar bayraq idi, AzTV Nardarana milli bayraq taxılmasını zəfər kimi təqdim eləməklə, ancaq aldanmaq istəyənləri aldada bilər. Çünki bu zəhrimar internetin axtarış bölümündə hadisələrdən əvvəl Nardaranın hansı fotosuna baxsanız, orada üç rəngli bayrağımızı görəcəksiniz. Elə Tale Bağırzadənin Nardaranda qaldığı evin divarında da nəhəng üç rəngli bayraq yox idimi?

Bəs o hansı qanun imiş ki, Nardaranda işləmirmiş?

Bu haqda qoy iddianı irəli sürənlər, konkret danışsın, dediklərini də əsaslandırsın. Biz isə öz faktımıza keçək…

Bildiyiniz kimi, seçkilər hər bir dövlətdə ümumxalq əhəmiyyəti daşıyan, ən böyük kampaniyadır. Məhz seçkilər cəmiyyətin onu idarə edənlərə münasibətini üzə çıxarır. Gəlin baxaq, “40-ı təzəcə çıxan” parlament seçkisində Nardaran necə iştirak edib?

Əlbəttə, “şəriətçi Nardaran” seçkini baykot etməyib, amma edə də bilərdi, qanunda belə şey cinayət də deyil.

Nardaranda iki seçki məntəqəsi var – 14 və 27 saylı!

Mərkəzi Seçki Komissiyasının saytında görürük ki, bu məntəqələr üzrə seçki, heç bir cəhətilə başqa məntəqələrdən fərqlənməyib. Məsələn, 14 saylı məntəqədə 547 nəfər səsvermədə iştirak edib, onların 284-ü hakimiyyətin namizədi Eldar Quliyevə səs verib.

27 saylı məntəqədə 572 iştirakçının 299-nun səsi YAP namizədi üçün olub. (daha ətraflı bu linkə bax https://infocenter.gov.az/archive/millimeclis2015.aspx?i=2&dsk=28)

Indi kimsə etiraz edə bilərmi ki, bu, real göstəricilər deyil, çünki Eldar Quliyevə heç kim səs verməz. Razıyam. Amma siz də icazə verin, bu etirazı hakimiyyət eləsin. Onlar indi bu fakt qarşısında iki seçim etməlidilər: ya deməlidilər ki, xalqımızın o biri hissəsi necə, nardaranlılar da elədir, dövlətçiliyin keşiyindədirlər, hakim namizədə səs verirlər; ya da durub deməlidilər ki, ay camaat, o rəqəmlərə uymayın, seçkini saxtalaşdırmışıq!/azadlıq/
1520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01
0 yaşlı qadının m