Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2015

Eldar Mahmudovun oğlunun yeni biznesi üzə çıxdı

Məişət cihazları, audio-video texnikanın satışını həyata keçirən iri şirkətlər də Anar Mahmudovun nəzarətində imiş

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun biznesi barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Bundan əvvəl mediada məlumat yayılmışdı ki, ölkədə 2006-cı ildən fəaliyyət göstərən “Caspian Crystal” şirkətlər qrupunun Idarə Heyətinin sədri sabiq nazirin oğlu Anar Mahmudovdur. Hazırda “Gastronomy-1″, ”Gastronomy-2″ və “Gastronomy-3″ mağazaları, ”Beluga”, “Salvador Dali”, “Lord”, “VIP”, “Velluto” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi, Azərbaycanda “Range Rover”, “Yaguar”, “Maseratti” avtomobillərinin və “Dicati” motosikletlərinin rəsmi distribütoru “Crystal Motors” şirkətidir.

Araşdırmaçı jurnalist Aynur Imranova isə Eldar Mahmudov və onun oğlu Anarın ölkədən xaricdə fəaliyyət göstərən şirkətlərinin sənədlərinin ortaya çıxarmışdı. Həmin şirkətlər Türkiyə, Lüksemburqda, Ispaniyada, xüsusən bu ölkənin Palma Belares adasında fəaliyyət göstərir. Palma de Malyorka adasındakı “Son Sana Portals”, “Dato Capitals” şirkətləri Anar Mahmudova məxsusdur.

Yeni məlumatlarda isə bildirilir ki, Azərbaycanda elektrik əşyalarının, məişət cihazlarının, audio-video texnikanın satışını həyata keçirən iri şirkətlər də Anar Mahmudovun nəzarətindədir. Bu şirkətlərin adları da redaksiyamıza təqdim edilib. Bəzi dəqiqləşdirmələr apardığımızdan hələlik oxucuların diqqətinə çatdırmırıq. Eldar Mahmudovun oğlunun bu biznesini “Qara” ləqəbli iş adamı idarə edir. Bu şəxsin Anar Mahmudovla ortaq olduğu bildirilir. Həmçinin iddia edilir ki, Anar Mahmudovun şəriki “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovla bir çox iş adamının biznesini əlindən alıb.
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı