Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2015

“Ruzi mələk kimi insandır. Onun silah-sursatla nə işi?"

Zalım rejimin şərləmə kompaniyası davam edir...

Nardaran hadisələr ərəfəsində müxtəlif bölgələrdə, o cümlədən Gəncə şəhərində yaşayan onlarla dindar saxlanılıb, bəzilərinin isə evndə axtarış aparılıb.

Saxlanılan dindar Ruzi İsmayılovun adını demək istəmədiyi yaxını bildirir ki, Ruzini və digər dindar yoldaşlarını siyasi oyuna qurban veriblər:
“Ruzi mələk kimi insandır. Onun silah-sursatla nə işi? Mən bir dəfə olsun onun şübhəli hərəkətini görməmişəm. İşi, namazı ilə məşğul olan adamdı. Onlara şər atırlar”.
Yeni Gəncə qəsəbəsində yaşayan dindar Anar Sultanovun da evinə baxış keçirilib və noyabrın 30-da saxlanılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda Anar Sultanovun evindən (köhnə qaydayla özləri ilə gətirdikləri silahlar) 1 ədəd lüləsi və qundağı kəslimiş ov tüfəngi, 1 ədəd RQD-5 qumbarası, 2 ədəd patron darağı, 50 ədəd müxtəlif çaplı patron, 91 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça aşkar edildiyi bildirilir.

Anar Sultanovun qardaşı İlqar Sultanov isə Meydan TV-yə açıqlamasında deyib ki, evdə heş bir odlu silah olmayıb:
“Qardaşım evdə yox idi, Kərbala ziyarətindədi. Gəlib evdə axtarış apardılar, mən onlar çıxana yaxın gəldim. Guya silah-sursat tapıblar. Evdən silah çıxması mümkün deyildi, amma çıxardılar. Siyasi oyundu, nədir, bimirik…”

DİN-in açıqlamasında bildirilib ki, noyabrın 30-da Gəncə şəhər BPİ əməkdaşları tərəfindən “Müsəlman Birliyi” adlı Hərəkatın üzvlərinə dəstək verən Mübariz İbrahimov, Ramiz Sarıyev, Ruzi İsmayılov, Rövşən Əsədov, Anar Sultanov, Füzuli Abbasov və Ramil Abbasovun evinə baxış keçrilib, müxtəlif növ silah-sursat, qumbara, dini ədəbiyyatlar aşkar edilərək götürülüb.
1258 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı