Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Qarabağ problemi Təbrizdə müzakirə olunub

Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar İnstitutu, Təbriz Universitetinin İran Tarixi və Mədəniyyəti Mərkəzi, Azərbaycanın Qarabağa aid bəzi təşkilatları, habelə İran və Azərbaycanın bir sıra mədəniyyət mərkəzlərinin təşəbbüsü ilə Təbrizdə «Qarabağ və islam dünyası» adlı tədbir keçirilib. «AranNews.ir»in məlumatına əsasən, tədbirdə Azərbaycan Respublikasından Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, İran tərəfindən isə Təbrizin bir sıra universitet müəllimləri və media təmsilçiləri iştirak edib. Toplantıda Beynəlxalq Qarabağ Konfransının sədri Məhəmməd Əli Mütəfəkkirazad çıxış eədərək deyib ki, İran və Azərbaycan xalqları iki dövlətdə bir millətdirlər. Ona görə də İran Qarabağ köçkünlərinin əzab-əziyyətlərini öz əzab-əziyyəti bilir, onların çətin şəraitini dərk edir. O, Təbrizin və İranın digər universitet və mədəniyyət mərkəzlərinin Beynəlxalq Qarabağ Konfransının keçirilməsinə verdiyi əhəmiyyətə işarə edərək deyib: "Bu qeyri-dövlət konfransı imtahan idi və xalqımız bu yolla Azərbaycan xalqı ilə qardaş olduğunu bir daha sübuta yetirdi. Azadlığı yalandan iddia edənlər Qarabağ məsələsini həll etmək fikrində deyillər. İslam ölkələrində təşkil edilən belə konfranslar məsələnin həlli üçün yol açır".

Beynəlxalq Qarabağ Konfransının elmi komitəsinin sədri Məhəmməd Əli Pərğu isə çıxışında bildirib ki, Beynəlxalq Qarabağ Konfransının keçirilməsi barədə həssaslığın yaranması onun bölgə səviyyəsində əhəmiyyətli olduğunu göstərir: "Ölkə daxilindən və xaricdən konfransın katibliyinin ünvanına 150 məqalə daxil oldu. Məqalələr 36 nəfər universitet müəllimi tərəfindən 600 saat ərzində araşdırıldı". O, bütün işlərinin sona yetdiyini, o cümlədən lazım olan bütün kitab və məqalələrin çap edildiyini də vurğulayaraq deyib ki, Konfransın təşəbbüskarları İran və Azərbaycan xalqları arasında islami vəhdətin möhkəmlənməsinə çalışır. Onun fikrincə, təfriqə yaratmaq istəyən hər bir əl şeytanın əli hesab edilir və islam vəhdətini Qarabağ münaqişəsinə çıxış yolu görürlər.

Qafqaz məsələləri üzrə ekspert Mehdi Nalbəndi deyib ki, Qarabağ Qafqazın Fələstinidir və Beynəlxalq Qarabağ Konfransı kimi konfransların keçirilməsi bu ərazilərin azad olunması üçün zəruridir.
Toplantıda Təbriz Universitetinin bir sıra müəllimləri və Qafqaz məsələləri üzrə ekspertlər çıxış edərək iki ölkə xalqları arasında münasibətlərin artırılmasına, elmi-mədəni münasibətlərin möhkəmləndirilməsini vacib sayıblar.


1791 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 09:08