Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2015

ABŞ-da atışma - Girovlar var

ABŞ-ın Viskonsin ştatında naməlum şəxs ətrafdakılara atəş açıb və bir neçə nəfəri girov götürüb.

Röyter xəbər verir ki, cinayətkar bir neçə nəfəri yaraladıqdan sonra yaxınlıqdakı motosiklet emalatxanasına daxil olub.

Şəhər polisindən verilən məlumata görə, cinayətkar özü ilə bir neçə girov götürüb. Yaxınlıqdakı ticarət mərkəzlərində və evlərdəki vətəndaşlar evakuasiya edilib.

Şəhər polisi vətəndaşlara sözügedən əraziyə daxil olmamağı tövsiyə edib./axar/
1018 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber