Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2015

"Günəşli" yatağındakı yanğından VİDEO

Dekabrın 4-də güclü tufan nəticəsində “Neft Daşları”nda baş vermiş qəzada Itkin düşən 3 nəfər dənizçidən hələ də xəbər yoxdur.

Onlardan 41 yaşlı Rövşən Məmmədovun ailəsi övladlarından xəbər ala bilmədiklərini bildirən çarəsiz ana yüksək rütbəli şəxslərə səslənərək oğlunun tapılması üçün kömək istəyib.

"Balam dənizə düşüb. Öldüyü və ya qaldığı barədə xəbər yoxdur. Bu gün bütün günü hər yeri gəzmişəm. Deyirlər xəbər yoxdur. Deyirlər ki, külək olduğundan ora girmək olmur. Bəs mən indi balamı kimdən xəbər alım", - deyə ana bildirib.

Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində dalğalar estakada döşəməsinin üstündəki yaşayış köşkünü dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olub./ans/


1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber