Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2015

Masallının mərkəzi bu gündədir - FOTOLAR

Şəkildə gördüyünüz yollar Mozambikdə filanda deyil, Masallı rayonunun mərkəzi küçəsidir. 

Hər gün bu küçəni yüzlərlə talehsiz sakinlə bərabər rayon rəhbərliyi də keçir. Ən azı Rafil Hüseynov obyekt kimi qəbul etdiyi rayon icra hakimiyyətinin binasına məhz bu yollarla addımlayır. Görünür bu yollar R.Hüseynova məqsədinə çatmaq üçün xeyli "yol” açıb. 

"Hər il dövlət büdcəsindən regionların inkişafı və sosial problemlərinin həlli üçün milyonlar ayrılır. Bu yolun yenidən təmiri üçün də kifayət qədər vəsait ayrılıb. Nəticə isə göz qabağındadır", - bunu isə xeber.info-ya Masallı sakinləri deyib. 

Rayon mərkəzi küçəsi bu kökdədirsə, qıraq və kənd yollarının görünüşünü təsəvvür etmək belə dəhşət saçır. Məhz buna görə də Rafil Hüseynov Masallıda artıq "yoleşən” kimi dillər əzbərinə çevrilib.

Nəzərə alsaq ki, qış fəsli hələ başlamayıb və bu fəsil Masallıda daha çox yağmurlu keçir, əhalinin vəziyyətini anlamaq çətin olmur.

Rayonun mərkəzi küçələrindən çəkilmiş fotoları təqdim edirik: 
 












906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi