Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2015

Yasamalda 5 ailənin başına yağış damır - FOTO

Ötən cümə axşamı – dekabrın 3-də yağışla müşayiət olunan güclü küləyin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Yasamal rayonu Ə.Ələkbərov küçəsi 13 (“Space” telekanalının yanı) ünvanında yerləşən 1 saylı yataqxanasının damının xeyli hissəsini atması barədə xəbər vermişdik. 

Elə həmin gecə sulu qarla müşayiət olunan yağışın güclənməsi nəticəsində 5 mərtəbəli bunanın damının təxminən 100 kv.m-lik zədələnmiş hissəsinin altındakı yaşayış otaqlarını su basıb. Nəticədə 5 ailənin böyükləri gecə səhərədək tavandan axan suyu toplamaqla məşğul olaraq gözlərini qırpmayıblar. Onsuz da təmirsiz otaqlar su axını altında daha da bərbad vəziyyətə düşüb. Digər 2 otağa isə yağış qismən az damıb. Bunanın komendantı Faiq Rəhimov hadisə barədə dərhal FHN-ə, akademiyanın rəhbərliyinə və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə məlumat verib. Ertəsi gün hadisə yerində olan FHN əməkdaşları binanın qurumun balansında olmadığını bildiriblər. Yataqxana komendantı və akademiyanın rektoratlığı “Qaçqınkom”a rəsmi məktubla müraciət ediblər. Zərərçəkmiş ailələr də həmin qurumda olaraq rəsmi ərizə ilə qurumun rəhbəri və baş nazirin müavini Əli Həsənova müraciət ünvanlayıblar. Qurumda məcburi köçkünlərə binanın damının tezliklə təmir ediləcəyinə söz veriblər. Lakin hadisədən 2 sutkaya yaxın vaxt ötməsinə baxmayaraq, hələ ki, heç bir ciddi tədbir görülməyib. Yağış yağacağı halda azı 5 köçkün ailəsi yenə də su axını altında gecələməli olacaq. Yataqxananın komendantı xəbərdarlıq edib ki, yenidən güclü külək əsərsə, binanın damını bütövlükdə dağıda bilər. Damın bu vəziyyətdə olması sakinlərin, eyni zamanda, yaxınlıqdan keçənlərin və xüsusən yataqxana ilə üzbəüz 225 saylı tam orta məktəbə gedən uşaqların həyatı üçün təhlükəlidir. Küləyin aşırdığı bəzi dəmir konstruksiyalar və teleantennalar hələ də binanın damından asılı vəziyyətdə qalıb. Sakinlər bildirir ki, hadisə əlaqədar qurumların laqeydliyi ucbatından baş verib. Binanın damı vaxtında təmir edilərək bərkidilməliydi.../hafta/



795 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı