Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2015

Zənn edir yordu məni - Şeir

Zənn edir yordu məni, çıxmayacaq bir də səsim,
Tanımır aşiqi, susmaz nə qədər var nəfəsi.

Desən aşiq təpədən dırnağa batmaz günaha,
Doğrudur, gəl Onu görçək yox olur şər həvəsi.

Harda gördüm, günah ardınca çaparkən kiridim?
Qanlı meydanda ki ruhlar dağıdır can qəfəsin.

Bax təbiət də yaşıldan dəyişir qırmızıya,
Kim boyanmır boyayırlar qanına, başqa rəsm!

İraq iraqdı, vətən torpağının rəsminə bax,
İşləyir cəlladı xəncər ilə rəssam əvəzi.

Narı oddur, yazılıb Nardaranın tüstüsünə,
Şah verib fitvasını, molla oxur fatihəsin.

Demə ki, Kərbübəla zəvvarısan, kəndinə gəl,
Bax axan qanlara, insanlara, dinmə tələsik.

Dediyin söz yazılır namənə, düz qorxulusa,
Sus ki, Əsrin İmamı məhkəməyə gəlsin özü.

Eyvazov Arzu
1293 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber