Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2015

"Azneft"in baş mühəndisi: "29 nəfərdən hələ də xəbər yoxdur"

"Təəssüflər olsun ki, bütün cəhdlərə baxmayaraq, SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb".

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 23:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir. Axtarış tədbirləri yalnız gəmilərlə aparılır, hava işıqlanan kimi helikopterlər də axtarış tədbirlərinə qoşulacaqlar", - deyə B.Ağarəhimov bildirib.
665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:35